Türkiyənin Hatay bölgəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən aparılan axtarış-xilasetmə əməliyyatları zamanı dağıntılar altından tapılan qızıl və zinət əşyaları yerli polisə təhvil verilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in xilasediciləri Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Qeyd edək ki, Türkiyədə zəlzələdə həlak olanların sayı 41 min 20 nəfərə çatıb.