Millət vəkili Antalyadakı diaspor fəalları ilə görüşdü

"Türkiyənin Antalya şəhərində "Türkish Open” Kikboksinq Avropa kuboku yarışımız sona çatdı. Yarışda Azərbaycan idmançıları gözəl nəticələr əldə etdilər".

Bu sözləri BakuPost-a Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, millət vəkili Adil Əliyev bildirib:"Bu ilin ortalarında Azərbaycanda böyük bir tədbirin keçirilməsinə qərar verdik. Dəvətə görə Türkiyə Kikboksinq Federasiyasının prezidenti, dəyərli dostum Salim Kayıcıya öz təşəkkürümü bildirirəm. Eyni zamanda WAKO Prezidenti, Roy Beker ilə də çox məhsuldar görüşümüz oldu”.

Millət vəkili Antalyada fəaliyyət göstərən diaspor fəalları ilə görüşüb:"Türkiyənin Antalya şəhərində federasiyamızın üzvləri birgə Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbərlərilə görüşdük. Antalyada yaşayan, həmyerlilərimizin fəaliyyəti ilə maraqlandıq. Birgə fəaliyyətimiz barədə müzakirələr apardıq. Bir neçə tədbirlər barədə şifahi razılaşma əldə etdik.

Diasporamızın hal-hazırkı fəaliyyətini yüksək qiymətləndirmək olar. Dünyanın hər bir yerində yaşayan azərbaycanlıları, Diaspora Komitəmizin ətrafında sıx birləşməyə dəvət edirəm”, - deyə millət vəkili qeyd edib".

Diaspor fəalları ilə görüşdə federasiyanın vitse-prezidenti Güloğlan Cabbarov, "Qarabağ” Kikboksinq Klubun Prezidenti Emin Seyidov iştirak edib.
Elnur Eltürk