Tovuzda fərdi yaşayış evində yanğın olub.
Sabahinfo.az xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində qeydə alınıb.
Belə ki, hadisə zamanı 1981-ci il təvəllüdlü N. Hüseynova yanıq xəsarətləri alıb. İlkin məlumata görə, qadın xəstəxanaya aparılsa da, onun öldüyü müəyyən edilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.
***
APA ilkin məlumata əsasən xəbər verir ki, Tovuz rayonu Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynli yaşadıqları evdə anası, 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırıb.
Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E. Hüseynli saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.