Noyabrın 28-də Milli Məclisin deputatı, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Astarada növbəti vətəndaş qəbulunu keçirib. Qəbulda Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov da iştirak edib.
Qəbul zamanı vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib, qaldırılan sosial, hüquqi, tibbi və digər məsələlər ətraflı müzakirə olunub. Bir sıra problemlər yerindəcə həllini tapıb, əlavə araşdırma tələb edən məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciətlər hazırlanıb. Digər məsələlər nəzarətə götürülərək vətəndaşlara onların həlli istiqamətində atılacaq addımlar barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş məmnunluğunun təmin edilməsi, insanların problemlərinə həssaslıqla yanaşılması və onların müraciətlərinin operativ həlli ilə bağlı müəyyən etdiyi prinsiplərə uyğun olaraq, yerlərdə dövlət qurumlarının nümayəndələri, Yeni Azərbaycan Partiyasının təşkilatları və millət vəkilləri tərəfindən ardıcıl işlər həyata keçirilir.
Vətəndaşların problemlərinin dərindən araşdırılması, onlara hüquqi, sosial, mənəvi və psixoloji dəstəyin göstərilməsi, mövcud imkanlar çərçivəsində həll yollarının müəyyənləşdirilməsi bu fəaliyyətin əsas istiqamətlərindəndir.
Vətəndaşlarla mütəmadi və birbaşa ünsiyyət yalnız fərdi problemlərin həllinə deyil, həm də cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, sosial həmrəyliyin güclənməsinə və dövlətin vətəndaşyönümlü siyasətinin yerlərdə səmərəli həyata keçirilməsinə mühüm töhfə verir.
Vətəndaşı dinləmək, onun qayğılarına həssaslıqla yanaşmaq və problemlərinin həlli üçün çalışmaq ictimai məsuliyyətimizin əsasını təşkil edir.