Amerika hərbçiləri son 12 həftə ərzində İranın dəniz blokadasını pozmağa çalışan və ya İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olan 13 ticarət gəmisini məhv edib.
Sabahinfo.az-ın məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində bildirib.
"Son 12 həftə ərzində CENTCOM blokadanı pozan və ya SEPAH-ın kölgə şəbəkəsinin bir hissəsi olan 13 kommersiya gəmisini məhv edib",- bəyanatda deyilir.
Bundan əlavə, ABŞ komandanlığının məlumatına görə, blokadanın bərpasından bəri hərbçilər 130 kommersiya gəmisini yönləndirib və daha üçü sıradan çıxarılıb.