Ana Vətən Partiyası Zəfər Parkını ziyarət edib

27 Sentyabr Anım Günündə Ana Vətən Partiyasının bir qrup üzvü xalqımızın şanlı Qələbəsinin rəmzi olan Zəfər Parkını ziyarət etdi. Bu müqəddəs məkanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin ruhuna ehtiram göstərildi, onların əziz xatirəsi yad olundu.

Zəfər Parkı xalqımızın igid oğul və qızlarının qəhrəmanlığının, dövlətimizin gücünün və Prezident, Müzəffər Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin parlaq təcəssümüdür.

Şəhidlərimizin ruhu qarşısında baş əymək, qazilərimizə ehtiram göstərmək hər birimizin vəfa borcudur.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Günay Ağamalı 

Milli Məclisin deputatı, 

Ana Vətən Partiyasının sədri.