Qaradağ rayonu Puta qəsəbəsində sakinlərlə növbəti qəbul keçirildi.
Qəbul zamanı sakinlər qəsəbənin ümumi problemləri barədə fikirlərini səsləndirdilər,müraciətləri isə fərdi qaydada dinlənilərək bir qismi yerində həll edildi. Digər müraciətlər qeydiyyata alındı və həlli üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı vətəndaşlara izzah olundu.
Qəbulda Puta qəsəbə nümayəndəsi Ayaz Dünyamalıyev iştirak edirdi.
Aydın Hüseynov
Milli Məclisin deputatı