Aydın Hüseynov qəbul keçirdi 

09 sentyabr 2026-cı il tarixində Qaradağ rayonu Sahil qəsəbəsində növbəti qəbul keçirildi.

Qəbul zamanı sakinlər qəsəbənin mövcud problemləri ilə bağlı fikirlərini səsləndirdilər. Onlara qəsəbədə həllini tapmış məsələlər,eləcədə gələcəkdə görülməsi nəzərdə tutulan işlər barədə ümumi məlumat verildi.

Daha sonra vətəndaşların müraciətləri fərdi qaydada dinlənildi. Bir sıra məsələlər yerində həll olundu, digər müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlar qarşısında qaldırılması üçün nəzarətə götürüldü.

Görüşdə Sahil qəsəbəsi bələdiyyəsinin sədri Ramil Hüseynov iştirak edirdi.