Azər Kərimli Zaqatalada seçiciləri ilə görüşlər keçirdi 

Zaqatala rayonunun Dağlı və Üçüncü Tala kəndlərində vətəndaş qəbulu keçirdik.

Görüşlər zamanı sakinlərin müraciət və təkliflərini dinlədik. Qaldırılan məsələlər qeydə alındı və onların həlli istiqamətində müvafiq addımlar atılacaq.

Vətəndaş qəbullarından öncə qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edərək əziz xatirələrini ehtiramla yad etdik.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şixamir Qaflanovun anası Mominat xanımın da qonağı olduq.

Milli Qəhrəman Natiq Məmmədovun atası Bəşir müəllimlə görüşdük. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Azər Kərimli

Milli Məclisin deputatı