“Azərbaycan Gözəli” Türkiyədə ölkəmizi təmsil edə bilər

“Azərbaycan Gözəli-2022” Milli Gözəllik Müsabiqəsinin birinci yerinin sahibi Aydan Məmmədovaya Türkiyədə keçiriləcək beynəlxalq gözəllik yarışmasında iştirak etmək təklif olunub.

Aydan Məmmədovanın saytımıza verdiyi məlumata görə, yarışmanın təşkilatçıları əvvəlcə sosial şəbəkələr vasitəsilə onunla əlaqə saxlayıblar. Daha sonra telefon danışıqları zamanı ona Türkiyədə təşkil olunacaq gözəllik yarışmasında Azərbaycanı təmsil etmək təklif edilib.

“Azərbaycan Gözəli” bu dəvətlə bağlı hələlik yekun qərar vermədiyini bildirib. O, təklifi dəyərləndirdikdən sonra yaxın günlərdə qərarını açıqlayacağını qeyd edib.