Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.
Keçirilən iclasın gündəliyindəki əsas məsələlərdən biri məşqçi-müəllimlər üçün imtahan və seminarların təşkili, eləcə də onlara lisenziyaların verilməsi olub.
Toplantı zamanı AKF-də fəxri prezidentlik institutunun yaradılması və digər məsələlər də müzakirə olunub. Aparılan fikir mübadiləsi nəticəsində müvafiq qərarlar qəbul edilib.