"Azərbaycanın Ən Güclü İnternet Tv Kanalı "- YeK TV- bu adla 10.10.2017-cı il tarixdən fəaliyyətə başlayır.
Sabahinfo.az xəbər verir ki, bu kanalda yayımlanan proqramlar, əsasən, din, elm və mədəniyyət mövzularından ibarət olsa da, gənclərə aid layihələr də olacaq.
Kanal hələ ki, You Tube və digər sosial şəbəkələr vasitəsi ilə yayımlanacaq.
Gələcəkdə- kanalın reytinqinin yüksələcəyi təqdirdə, reklam bazasının genişlənməsi nəzərə alınaraq film və serialların çəkilişi də nəzərdə tutulur.
