TKTA Azərbaycan Universitetində  "Beynəlxalq təcrübədə tyutorluq" adlı təlimə başlayıb

Azərbaycan Universitetində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə əməkdaşlıq çərçivəsində "Beynəlxalq təcrübədə tyutorluq" adlı təlimə başlanıb. TKTA-nın Təlim və metodologiya şöbəsinin baş məsləhətçisi Firuzə Məmmədzadə tərəfindən aparılan ikigünlük təlimdə Akademik Məsləhət və Elektron Universitet şöbəsi, Keyfiyyət təminatı şöbəsi və Tədris şöbəsinin əməkdaşları iştirak edirlər.

Təlim proqramı keyfiyyət yönümlü tədris, yeni təlim metodlarının tətbiqi, beynəlxalq təcrübədə tyutorluq, beynəlxalq tyutorluq modelləri, tyutorların funksiya və səriştə çərçivələri kimi mövzuları əhatə edir, həmçinin ali təhsil müəssisələrində tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və təkmilləşdirilməsi məsələləri müzakirə olunur. Təlimin iştirakçıları komandalara bölünərək situasiya əsaslı tapşırıqlar üzərində çalışır, onların daha da təkmilləşdirilməsi istiqamətində öz fikirlərini bölüşürlər. 

Təlim sabah yekunlaşacaq və yüksək nəticə nümayiş etdirən iştirakçılar TKTA tərəfindən sertifikatla təltif olunacaqlar.