Bu gün “Eurovision-2016”nın finalıdır

Bu gün Stokholmun "Globe” arenasında "Eurovision-2016” mahnı müsabiqəsinin final şousu keçiriləcək. Sabahinfo.az-ın məlumatına görə, püşkatmaya əsasən Azərbaycanı "Eurovision-2016” mahnı müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli səhnəyə 4-cü çıxacaq. Yarışmada ilk olaraq Belçika, sonda isə Ermənistan təmsilçisi çıxış edəcək. "Eurovision-2016” iştirakçılar bu ardıcıllıqla çıxış edəcəklər: 1. Belçika 2. Çexiya 3. Niderland 4. Azərbaycan 5. Macarıstan 6. İtaliya 7. İsrail 8. Bolqarıstan 9. İsveç 10. Almaniya 11. Fransa 12. Polşa 13. Avstraliya 14. Kipr 15. Serbiya 16. Litva 17. Xorvatiya 18. Rusiya 19. İspaniya 20. Latviya 21. Ukrayna 22. Malta 23. Gürcüstan 24. Avstriya 25. Böyük Britaniya 26. Ermənistan Xatırladaq ki, qaydalara əsasən, finalda 26 ölkə iştirak edəcək. Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və "böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır. 61-ci "Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.