Əfsanəvi futbolçu dünyanı qorxuya saldı - FOTO

Braziliyanın əfsanəvi futbolçusu Rivaldo ölkəsində baş verən qətllərlə bağlı idman həvəskarlarına Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına gəlməməyi tövsiyə edib.

"Barcelona” ve Braziliya futbolunun əfsanəsi bu barədə "İnstagram” səhifəsində qeyd edib: "Sizi xəbərdar edirəm. Yay Olimpiya Oyunları və istirahət üçün Braziliyaya gəlməyin. HəyatınızI riskə atmayın”. Futbolçu səhifəsində küçədə öldürülən qızın şəklini paylaşaraq bu sözləri yazıb: "Rioda quldurlar 17 yaşlı qızı öldürüblər. Braziliyada vəziyyət çox pisləşir. Yalnız Allah bizim ölkəmizi biabırçılıqdan xilas edə bilər”. Rivaldonun bu çağırışı çoxları qorxuya salıb. Qeyd edək ki, Yay Olimpiya Oyunları 5-21 avqust tarixində Rio-de-Janeyroda keçiriləcək.

azvision.az