Prezident idmançılarımızın yolasalma mərasimində

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı mərasimdə nitq söyləyib. Sonra gənclər və idman naziri Azad Rəhimov, yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının məşqçisi Akif Əliyev, paralimpiyaçı İlham Zəkiyev, yunan-Roma güləşçisi Rəsul Çunayev çıxış ediblər. Çıxışlardan sonra idmançılar Olimpiya andı içiblər. Dövlət başçısı idmançılarla xatirə şəkli çəkdirib.