Türkiyənin yeni nazirləri

Türkiyənin yeni baş naziri Binəli Yıldırım yeni hökumətin siyahısını təsdiq edilməsi üçün Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Sabahinfo.az xəbər verir ki, artıq prezident Nazirlər Kabinetinin yeni tərkibini də təsdiq edib. Yeni Nazirlər Kabinetinin tərkibi aşağıdakı kimidir: Baş nazirin müavinləri - Nurəddin Canikli, Mehmet Şimşək, Numan Kurtulmuş, Toğrul Türkeş, Veysi Kaynak. Mövlud Çavuşoğlu - Xarici işlər naziri Ömər Çelik - Avropa Birliyi naziri Ədliyyə naziri – Bəkir Bozdağ Nihat Zeybəkçi – iqtisadiyyat naziri Fikri İşıq – müdafiə naziri Berat Albayrak – enerji və təbii ehtiyatlar naziri Əfqan Ala – daxili işlər naziri İsmət Yılmaz – təhsil naziri Fatma Betül Kaya – ailə və sosial siyasət naziri Faruk Özlü – elm, sənaye və texnologiya naziri Süleyman Soylu - əmək və sosial müdafiə naziri Mehmet Özhaseki – ekologiya və şəhərsalma naziri Akik Çağatay Kılıç – gənclik və idman naziri Faruk Çelik – qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Bülənt Tüfəkçi – gömrük və ticarət naziri Lütfü Əlvan – inkişaf naziri Nabi Avcı – mədəniyyət və turizm naziri Naci Ağbal – maliyyə naziri Veysəl Əroğlu – meşəçilik və su işləri naziri Rəcəb Akdağ – səhiyyə naziri Əhməd Aslan – kommunikasiya, dənizçilik və rabitə naziri. Yeni hökumət parlamentdə təsdiq ediləndən sonra rəsmən fəaliyyətə başlayacaq.