"Nə cürətlə evə kişi gətirirsən?" - Arvadını ölümünə döydü/FOTOLAR

Köhnə milli futbolçu İbrahim Toraman və həyat yoldaşı Eylem Toraman məhkəməlik olub.
sabahinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər iki tərəfə "həyat yoldaşına qarşı yaralama” maddəsi ilə məhkəmə prosesi keçirilib.
Məhkəmədə Eylem Toraman həyat yoldaşının onu döydüyünü bildirib:
"İbrahim bizim davamızdan bir az əvvəl Milana gəzməyə getmişdi. Bu zaman anam, atam, nənəm, ərimin əmisi arvadı qalırdı. Həmin gün pərdə təmiri üçün evə usta çağırmalı oldum. Bu zaman İbrahim zəng edib "Mən olmayanda evə nə cürətlə kişi gətirə bilərsən?” dedi. Mən də evdə tək olmadığımı dedim. Buna baxmayaraq təhqir dolu mesajlar göndərməyə davam etdi”.
"Qucağımda uşaq olduğuna baxmayaraq...”
Hadisə yaşanan gün əri ilə mətbəxdə olduqlarını, bu zaman şkafdan stəkan götürərkən yerə düşürdüyünü ifadə edən Eylem Toraman bunları deyib:
"Məni söydü. Mən də ona” Sən evə başqa birini gətirsəydin nə olardı?” dedim. Bu sözümdən sonra üzərimə hücum etdi, yumruqla vurdu. Yıxıldım, başım əzildi. Saçımdan yapışıb məni sürüdü. Sonra huşumu itirdim. O an telefonla atama zəng edib kömək istədiyimi xatırlayıram. Məni xəstəxanaya çatdırdılar. Həyat yoldaşım məni vursa da mən ona müdaxilə etməmişəm. Sadəcə olaraq özümü qorumağa çalışsam da bacarmamışam. Məni döyən zaman "Mənə yüksən, boşayacağam səni” deyə qışqırırdı”.
Tərəflər dinlənildikdən sonra qərar verilib. İbrahim Toramana 9 aydan 3 il 6 aya, Eylem Toramana isə 6 aydan 1 il 6 aya qədər həbs gözlənilir.
"Nə cürətlə evə kişi gətirirsən?" - Arvadını ölümünə döydü/FOTOLAR
"Nə cürətlə evə kişi gətirirsən?" - Arvadını ölümünə döydü/FOTOLAR
"Nə cürətlə evə kişi gətirirsən?" - Arvadını ölümünə döydü/FOTOLAR
"Nə cürətlə evə kişi gətirirsən?" - Arvadını ölümünə döydü/FOTOLAR