Bakıda piyadanı vuran qadın hadisə yerindən qaçıb. Mayın 15-də saat 15 radələrində Nərimanov rayonunun F.X.Xoyski küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Lətafət İbrahimova vurulub. L.İbrahimovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Nərimanov RPİ 16-cı PB əməkdaşları tərəfindən hadisənin "Hyundai" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Rəna Osmanova tərəfindən törədilməsi müəyyən edilib.
Araşdırma aparılır. (sabahinfo.az)