Bakıda kişi şadlıq sarayının pilləkənlərindən yıxılıb.
Sabahinfo.az xəbər verir ki, hadisə paytaxtın B.Çobanzadə küçəsində yerləşən "Şərq" şadlıq sarayında baş verib.
Məlumata görə, sentyabrın 23-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Orxan Qarayev şadlıq sarayının pilləkənindən yıxılıb. Xəsarət alaraq xəstəxanaya yerlədirilən şəxs ötən gün orada ölüb.
Faktla bağlı araşdırma aparılır.