Aprel döyüşlərində şəhid olan pilotun adı küçəyə verilib - FOTO

Bu ilin aprelində Qarabağda baş verən bir neçə günlük şiddətli döyüşlər zamanı qəhrəmancasına həlak olan hərbi pilotlarımızdan Əbubəkr İsmayılovun adı əbədiləşdirilib. sabahinfo.az -ın məlumatına görə, şəhidin adı doğulub boya-başa çatdığı Kürdəmir şəhərinin mərkəzi küçələrindən birinə verilib. Artıq küçədə şəhidin adının həkk olunduğu lövhələr bərkidilib.

 

Qeyd edək ki, Ə.İsmayılov Kürdəmirdə dəfn edilib.