Dünyada izlənilən tendensiyaya görə, bazarlarda neftin qiyməti ucuzlaşanda yanacaq, o cümlədən benzin ucuzlaşır. Yaxud əksinə, neft bahalaşanda benzin də bahalaşır. Amma nə hacətdirsə, Azərbaycandakı yanacaqdoldurma məntəqələrində satılan benzinin qiymətinə nə manatın dəyər qazanması, nə neftin bahalaşması, nə də ucuzlaşması təsir edir. Bir sözlə, yanacaq qiymətlərində təsir əks təsirə bərabər olur.
Hazırda milli valyutanın – manatın məzənnəsinin sabitliyi və neftin qiymətinin 50 dollar səviyyəsində qərarlaşması benzinin ucuzlaşması üçün zəmin yaradır...
Maraqlıdır ki, dünya bazarında "qara qızıl” bahalaşanda Azərbaycanın müvafiq qurumları buna adekvat operativ reaksiya verir və benzinin də qiymətini qaldırırlar. Əsas səbəb kimi də yüksək oktanlı benzinin bir hissəsinin xaricdən alınması göstərilir. Dünya bazarında neftin qiyməti ucuzlaşanda isə buna müvafiq olaraq benzinin qiyməti ucuzlaşmır. Həm də diqqətçəkən məqam, hətta qiyməti tənzimlənən malların, müxtəlif məntəqələrdə cüzi də olsa fərqli satılmasıdır ki, bu hal yanacaq qiymətlərində müşahidə olunmur.
Hazırda Azərbaycanın bütün yanacaqdoldurma məntəqələrində "SUPER” markalı benzinin qiyməti 1.20 manat, "Aİ-95 Premium”un qiyməti1.15 manat, "Aİ-92” markalı benzinin qiyməti 70 qəpikdir. Yəni heç bir yanacaqdoldurma məntəqəsi benzini 1 qəpik baha, yaxud ucuz satmır, ya da sata bilmir...
"Qonşu ölkələrə baxın...”
Ekspert fərqi izah etmək üçün qonşu ölkələri misal gətirir:
"Tənzimlənən qiyməti dəyişmək olmaz”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovməsələ ilə bağlıModern.az-a deyib ki, bu, sual doğuran məsələdir:
"Burada bölgələrə görə qiymət yoxdur. Məsələn, Bakıda da, hansısa bölgədə də yanacağın qiyməti eynidir. Çünki Azərbaycanda yanacağın qiyməti tənzimləndiyindən hər yerdə eynidir. Buna heç kim toxuna bilməz. Hökumətin qərarına qarşı çıxmaq olmaz”.