Nazirlər Kabinetinin 2 iyun tarixli qərarı ilə təsdiqlənən "Balıq və digər su bioresursları ovunun Qaydaları"nda əksini tapan "Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna Tələblər"də sərt məhdudiyyətlər yer alıb.
Sabahinfo.az APA-ya istinadən xəbər verir ki, Tələblərə əsasən, balıq və digər su bioresurslarının idman və həvəskar ovuna icazə verilən ov alətləri aşağıdakılardır:
Sıf | 43 |
Çəki | 40 |
Çapaq | 26 |
Külmə | 17 |
Qarasol | 17 |
Xəşəm | 41 |
Kütüm | 35 |
Kefal | 24 |
Şamayı | 19 |
Şirbit | 52 |
Qarabel siyənək | 20 |
Şişqarın siyənək | 14 |
Xramulya | 24 |
Xərçəng | 10 |
Krevet | 5 |
Aşağıdakı yerlərdə və müddətlərdə balıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağandır:
Qadağanın qüvvədə olduğu müddət intervalı | |
|---|---|
Xəzər dənizi | |
Şabran limanında | 1 yanvar -15 iyun |
Körpə balıqların buraxılışı zamanı Şirvan Nərəbalıqartırma Zavodunun nohurlarından Baş Şirvan Kollektorunun mənsəbinə kimi sahədə | 1 iyun - 20 iyul |
Kür çayı | |
Mingəçevir şəhər körpüsündən Varvara su anbarının sahillərinə kimi 10 km-lik ərazidə | 1 - 30 aprel |
Çay ilə əlaqəsi olan su hövzələrində | 1 may - 30 iyun |
Xəzər dənizinə axan bütün çaylarda | 1 may - 30 iyun |
Krevetlərin kürüləmə müddətində | 1 iyun - 1 iyul |
Şabran limanının Xəzər dənizi ilə birləşdirən kanalın və onun mənsəbindəki hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə | 1 yanvar -15 avqust |
Xərçəng ovu | 1 aprel - 31 oktyabr |
Ovlanan balıq və digər su bioresurslarının miqdarına aşağıdakı məhdudiyyətlər tətbiq edilir:
- gün ərzində 10 ədəddən çox olmayan xərçəng;
- gün ərzində 0,5 kq-dan artıq olmayan krevet və digər onurğasızlar;
- balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox olmayaraq balıqlar (ovlanmış bir balığın çəkisinin 5 kq-dan çox olması halları istisna edilir).
Milli.Az