Bakı Avtovağzalı qarlı hava ilə bağlı açıqlama yaydı

"Qarlı hava rayonlardan gələn marşrutların fəaliyyətinə təsir etməyib”.

sabahinfo.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev deyib.

Onun sözlərinə görə, səhər saatlarında bölgələrdən Bakı istiqamətinə start götürən marşrut avtobusları paytaxta qrafikə uyğun çatıb:

"Marşrut avtobuslarının qrafikində gecikmələr yoxdur. Bakıdan da bölgələrə gedən avtobusların hərəkətində də gecikmələr olmayıb”.