Bakının Nərimanov rayonunda Ağa Nemətulla küçəsi ilə Heydər Əliyev propektinin kəsişməsində yerləşən binanın üzərindəki saatda rəqəmlər düzgün göstərilməyib.
sabahinfo.az qaynarinfo.az-a istinadən bildirir ki, saat təmir olunduqdan sonra rəqəmlərdə ciddi səhvə yol verilib. Bütün rəqəmlər düzgün yazılsa da, 4 rəqəmində biabırçı səhv buraxılıb. Belə ki, Roma rəqəmləri ilə 4 belə (IV) yazılmalı olsa da, sadəcə dörd ədəd düz xətt (IIII) çəkilib.
Qeyd edək ki, "Saatlı bina" kimi tanınan bina 2014-cü ildə təmir olunub. Həmin ərəfədə binanın üzərindəki saat sökülərək təmir edilib.

