Daxili İşlər Nazirliyi Bərdə rayonunda baş verən uçqun hadisə ilə bağlı məlumat yayıb.
sabahinfo.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, hadisə mayın 9-da saat 18 radələrində Bərdə rayonunun Otuzikilər kəndində baş verib.
Kənd sakini Xanməd Əsgərov idarə etdiyi "T-28” markalı traktoru yolun kənarındakı hasara vurub və bu zaman hasar 5 yaşlı Rüfət Hətəmovun üstünə aşıb. R.Hətəmov xəstəxanada ölüb.
Araşdırma aparılır.