Bioloji Təbabət Klinikasının möcüzələri XXI əsrin təbabəti

Əsası 2009-cu ildə qoyulmuş Bioloji Təbabət Klinikası bu gün insanların ən çox müraciət etdiyi özəl tibb müəssisəsindən biridir. Klinika Azərbaycanda yeganə tibb müəssisəsidir ki, bitki, heyvan və mineral əsaslı preparatlardan yararlanmaqla müalicə aparılması sahəsində ixtisaslaşıb və kimyəvi dərmanları, o cümlədən antibiotikləri tam istisna edib. Klinika dünya standartlarına cavab verən ən yeni tibb avadanlıqları ilə təchiz olunmuşdur. Burada çalışan həkimlər öz ixtisaslarını artırmaq üçün Almaniyada kurs keçirlər. Almaniyadan olan həkimlər də müntəzəm olaraq Azərbaycana gəlir, yerli həkimlər üçün seminarlar və treninqlər təşkil edir, mühazirələr oxuyur, xəstə qəbulu həyata keçirirlər.
Müsahibimiz Bioloji Təbabət Klinikasının təsisçi direktoru Elxan Yaqubovdur.
- Elxan müəllim, sizin Bioloji Təbabət Klinikasını təsis etməniz hansı zərurətdən yarandı?
- Planeta apteklərində biz gördük ki, Almaniyanın Heel firmasının preparatlarına çox böyük ehtiyac olduğunu başa düşdük. Və xəstələrin sağalmasında bunların effekti olduğunu huss etdik. Sonra biz Heel firmasına müraciət edib onlarla müqavilə bağladıq ki, orada olan Bioloji Təbabət və Biotənzimləyici Təbabət cəmiyyəti ilə yaxından tanış olaq, onların gördüyü işləri öyrənək. Onlar da bizə məsləhət gördülər ki, siz də bioloji təbabəti Azərbaycanda yaysanız, bunun insanların sağlamlığına böyük xeyri dəyə bilər. Beləliklə də, 2009-cu ildən S.C.Pişəvari küçəsi 110-da yerləşən bu klinikanı yaratdıq. Klinikaya bioloji təbabəti dərindən bilən və bu sahə üzrə kurs keçmiş həkimləri işə götürdük. Bura xarici ölkələrdən Avropa standartlarına cavab verən tibbi avadanlıqlar gətirdik. Həkimləri bu avadanlıqlarla işləmək qaydalarını xaricdən dəvət etdiyimiz mütəxəssislərdən mükəmməl öyrəndilər.
- Sizdə olan tibbi avadanlıqların çoxu nə dövlət, nə də başqa özəl klinikalarda yoxdur. Bəs bunları necə əldə etdiniz?
- Yaxşı məlumdur ki, həkimə xəstənin "daxilindəki” xəstəlikləri görmək üçün yüksək səviyyəli, müasir ultrasəs diaqnostik aparatlar, yüksək təchiz olunmuş laboratoriya lazımdır. Həkim bu aparatlar vasitəsilə xəstəyə düzgün diaqnoz qoya bilsin. Biz də bunları bildiyimizə görə klinikaya Avropa standartlarına cavab verən aparatlar gətirdik. Yüksək səviyyəli laboratoriya yaratdıq. Bizdə elə müayinə üsulları var ki, qulaqdan bir damla qanı götürüb və analiz etməklə orqanizmdə olan bir çox xəstəliklər haqqında məlumat ala bilirik.
- Bu klinika yaranandan dünyanın tanınmış mütəxəssislərinin pulsuz seminarlarını, mühazirələrini təşkil etməklə minlərlə azərbaycanlı həkimi bura dəvət etmisiniz. Bu tədbirlərdə iştirak edən həkimlər artıq bioloji təbabətlə xəstələri necə sağaltmağın yollarını öyrəniblər. Bu, əlbəttə, sizin tərəfinizdən çox xeyirxah bir işdir. Bu vaxta qədər bu seminar və mühazirələrdə nə qədər həkim iştirak edib və sertifikat alıb?
- Qısa seminarları Azərbaycanın müxtəlif bölgələrindən olan 7000-dən çox həkim keçib. Amma 92 saatlıq bütöv kursu 4500-dən çox həkim keçib və sertifikat alıb. Artıq onlar bioloji təbabətlə müalicə etməyi bacarırlar. Bu həkimlərin bəziləri bizim Sumqayıt, Göyçay bölgələrində işləyirlər. Xəstələr onlardan çox razılıq edirlər. Bəziləri bölgələrdə həkim məntəqələri açıb. Biz bu seminarları Almaniyadan, İsveçrədən və başqa xarici ölkələrdən dəvət elədiyimiz yüksək ixtisaslı həkimlərə təkcə Bakıda yox, Azərbaycanın əksər rayonlarında, Gəncə, Mingəçevir, Sumqayıt və b. şəhərlərində, hətta Naxçıvan Muxtar Respublikasında da təşkil etmişik.
- Siz artıq bölgələrdə də Bioloji Təbabət klinikasının filiallarını yaratmısınız. Fikrimizcə, bu çox təqdirəlayiq haldır.
- 15 ildir ki, biz Azərbaycanın bütün rayonlarında həkimlər üçün bioloji təbabətlə bağlı məlumatlandırıcı seminarlar keçiririk. Göyçayda, Bərdədə, Masallıda, Gəncədə, Naxçıvan şəhərində Bakıya gəlməyə imkanları olmayan həkimlərə Almaniyadan olan mütəxəssislərlə geniş seminarlar, mərhələli kurslar keçirməklə onlara bioloji təbabətin incəliklərini öyrətməyə başlamışıq. Sonra belə qərara gəldik ki, regionlarda klinikamızın filiallarını açaq. Beləliklə, Göyçay və Sumqayıtda filiallar açdıq. Bu gün orada yüksək ixtisaslı həkimlər işləyir. İndi şimal bölgəsinin əhalisi Sumqayıt filialında müalicə olunur. Göyçaya yaxın olan Qarabağ bölgəsi və qonşu rayonların əhalisi orada müalicə alır.
- Xalqımıza arzularınız istəkləriniz nədir?
- Mən də bir vətəndaş kimi xalqımıza tibb sahəsində öz xidmətlərimizi göstərmək istəyirəm. Ən birinci məqsədimiz budur ki, bioloji təbabəti Azərbaycanda inkişaf etdirək ki, xəstələrimiz müalicə almaq üçün xarici ölkələrə üz tutmasınlar. Bizə müraciət etsinlər və şəfa tapsınlar. Biz əvvəllər uzunömürlü xalq olmuşuq. Bizim məqsədimiz budur ki, xəstələri tam sağaltmaqla həmin uzunömürlülüyü bərpa edək. Bu sahədə inkişaf etməyimizçün əlimizdən gələni edirik və edəcəyik.