Ötən illərə nisbətən bu il bostan məhsulları bazarlarda yerini daha tez tutub. Hətta fermerlər də qarpız-yemişin bol, qiymətlərin də ucuz olacağını bildiriblər. Onların sözlərinə görə, hazırda daxili bazara çıxarılan məhsulun çoxluğu səbəbindən qiymətlər ötən il ilə müqayisədə 2 dəfə aşağıdır. Əvvəl 60-70-80 qəpiyə satılan yemiş, indi birdən-birə 20 qəpiyə düşüb.
"Havalara görə, bu il bostan məhsullarının sezonu tez açıldı. Ancaq elə bir alıcı yoxdur".
Bazarda qiymətlər də ucuz sayılmaz. Yemişin kilosu 1 manat 50 qəpiklə 2 manat arasında, qarpız isə 40 qəpiklə 70 qəpik arasında dəyişir. Maraqlısı odur ki, bu məhsullar meyvə-tərəvəz mağazalarında bazardakı qiymətlərdən daha ucuzdur. Məsələn, kilosu 30 qəpiyə qarpıza, kilosu 1 manata yemişə rast gəlmək olar. Satıcılar qiymətlərin baha olmasını belə izah edir:

