Cənubi Koreyanın daxili işlər naziri Azərbaycana səfər edəcək

Bu ilin avqust ayında Cənubi Koreyanın daxili işlər nazirinin Azərbaycana səfəri nəzərdə tutulub.

sabahinfo.az -ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq Qyu bildirib.

Səfir qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında "ASAN Xidmət”lə bağlı müzakirə aparılacaq:

"Azərbaycanda e-hökumətin qurulması, təhlükəsizlik, fövqəladə hallar məsələləri ilə bağlı əməkdaşlıq və digər məsələlər də müzakirə ediləcək”.