Hər bir xalqın əsrlər boyu zənginləşən dövlətçilik ənənələrinin vahid sistem halına gəlməsi
uzunmüddətli təkamül prosesinin nəticəsidir. Yeni yaranmış ictimai-siyasi formasiyalarda isə məhz tarixi
məsuliyyəti üzərinə götürən xarizmatik liderlər xalqın daim arzusunda olduğu azadlıq, müstəqillik və
milli dövlətçilik kimi müqəddəs idealların gerçəkləşməsində həlledici rol oynayır, bununla da özlərinə
əbədiyaşarlıq hüququ qazanırlar. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir – zamanın
ən sərt sınaqlarından çıxmış bu insanlar müəyyən mərhələdə məsuliyyəti öz üzərilərinə götürərək, bütün
bir millətin tarixən yaşatdığı azadlıq, müstəqillik ideyalarını gerçək həyatda reallaşdırmağa nail olurlar.
Belə şəxsiyyətlərdən biri də ümummilli liderimiz Heydər Əliyevdir. Məhz buna görə də Heydər Əliyev
irsinin öyrənilməsi bütün zamanlar üçün əhəmiyyətlidir.
Dünyamıza nəzər salsaq görərik ki, inkişaf edən ölkələrin hər biri hansısa prinsiplərə söykənərək
bugünkü səviyyəyə gəlib çatıb. Məsələn, Hindistan Mhatma Qandinin müəyyən etdiyi prinsiplərə söykənərək
inkişaf edir. ABŞ bu ölkənin bani atalarının, İstiqlaliyyət Bəyannaməsini ortaya qoyanların müəyyən etdiyi xətti
əsas götürür. ABŞ İstiqlaliyyət Bəyannaməsi Amerika dövlətinin və xalqının söykəndiyi prinsipləri özündə əks
etdirir, eyni zamanda bu ölkə yaranarkən ortada olan ənənələr, irəli sürülən prinsiplər hələ də ana prinsiplər
olaraq qalmaqdadır. Baxmayaraq ki, Böyük Britaniya konstitusiyalı monarxiyadır, bu ölkə də tarixdən gələn
ideoloji prinsiplərə söykənir. Qardaş Türkiyə Respublikası Ata-türkçülük prinsiplərinə söykənir. Türkiyədə nə
qədər siyasi partiyalararası dartışma, hakimiyyət dəyişikliyi və s. baş versə də, Atatürkün müəyyən etdiyi
prinsiplər daim yaşayır.
Azərbaycanın milli ideologiyasının və dövlətçiliyinin təməl prinsiplərinin müəyyən edilməsi məsələsi
ölkəmiz 1991-ci il oktyabr ayının 18-də özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra çox ciddi diskussiya
mövzusu olmuşdur. Müstəqilliyinə yenicə qovuşmuş dövlətimizin və xalqımızın gələcək inkişafı ilə əlaqədar
müxtəlif ideoloji təkliflər səsləndirilirdi. Düzdür, ölkəmiz dövlət müstəqilliyinə qovuşarkən XX əsrin
əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin müəyyən ənənələri var idi. Amma Xalq Cümhuriyyətinin az
müddətdə mövcud olması və müəyyən prinsipləri ortaya qoya bilməməsi XX əsrin 90-cı illərinin əvvəllərində
milli ideya axtarışı baxımından Azərbaycanda bir boşluğun olduğunu büruzə verdi. Türkçülüyə istinad etmək,
dinə söykənmək və digər prinsipləri qəbul etmək təklifi ilə çıxış edənlər var idi. Amma bu təkliflərin hər biri
yarımçıq idi, nə isə çatışmırdı. Hansısa elementin çatışmaması və yarımçıq tezis inkişafa, ideoloji xəttə əngəl
olurdu. Bu prinsipləri tamamlamaq, inkişaf etdirmək, möhkəmləndirmək və qətiləşdirmək lazım idi. Məhz
ümummilli lider Heydər Əliyev bunu qətiləşdirdi. O, nəinki Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini
təmin etdi, eyni zamanda millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq
müəyyənləşdirdi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər, bu illər ərzində göstərdiyi səmərəli
fəaliyyət о qədər zəngin və keşməkeşlidir ki, o, bu gün təkcə Heydərsevərləri deyil, həm də dövlət adamlarını,
tədqiqatçıları da daim düşündürür və maraqlandırır. Bu böyük şəxsiyyətin dövləti idarəetmə təcrübəsinə həsr
edilən çoxlu tədqiqatlar aparılmasına, yüzlərlə kitabın yazılmasına baxmayaraq, onun zəngin təcrübəsi və
səmərəli fəaliyyətinin təhlilinə ehtiyac duyulan hələ açılmamış səhifələri var və bunlar öz tədqiqatçılarını
gözləyir. Məlumdur ki, tarixi şəxsiyyət adım qazanmaq hər dövlət başçısına nəsib olan xoşbəxtlik deyil. Bunu
qazanmaq üçün ümummilli lider adını sağlığında qazanmış Heydər Əliyev kimi gərək xalqın qarşısında böyük
xidmətlərin, xalqın qəlbində məhəbbətin, bir sözlə, tarixdə izin olsun.
Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi tərəqqinin, siyasi sabitliyin, ictimai şüurun son
35 ildən artıq bir dövrü əhatə edən mərhələsində özünü dünya siyasətinin görkəmli xadimlərindən biri kimi
tanıdan Heydər Əliyevin adı tariximizə əbədi olaraq həkk olunmuşdur. Bu böyük şəxsiyyət bütün varlığı ilə
sevdiyi Azərbaycanı, xalqımızı, onun dövlətçilik tarixini çox çətin sınaq və imtahanlardan çıxarmış və
zənginləşdirmişdir.
Keçən əsrin 70-ci illərinə nəzər salsaq görərik ki, həmin illərdə məhz Heydər Əliyev fiziki və mənəvi
terrora məruz qalan Azərbaycan milli təfəkkürünü qoruyub saxlaya bildi. Belə ki, Heydər Əliyevin sovetlərin
siyasi iyerarxiyasında rəhbərliyə gəlməsi ilə milli özünüdərk hissi gücləndi və bütün ideoloji maneələri dəf
edərək müstəqil düşüncəyə yol açdı. Bu, əslində xalqın milli dövlət yaratmaq arzusunun yeni işartıları idi. Ulu
öndər Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə, ciddi nəzarətlə üzləşsə də, riskdən 84
çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və
düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bildi. Heydər Əliyevin Azərbaycana uzunmüddətli
rəhbərliyinin ən sanballı göstəricisi də məhz milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın
tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və
hisslərinin güclənməsinin real siyasi amilə çevrilməsi oldu.
Hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Heydər Əliyev dövlət müstəqilliyinə zəmin yaradan
siyasi, iqtisadi və hüquqi sahədə mühüm addımlar atdı. Həmin illərdə Azərbaycanda aparılan misli görünməmiş
quruculuq işləri bu gün dövlət müstəqilliyimizə təminat verən mühüm amillər oldu. Tarixi faktlar təsdiqləyir ki,
əslində SSRİ-nin dağılması prosesi 1970-ci illərin əvvəllərindən başlamışdır. Məhz belə bir gərgin siyasi dövrdə
Heydər Əliyevin birinci hakimiyyət dövrü başlandı. Təbii ki, SSRİ-də hansı proseslərin getdiyi və cəmiyyətə
məlum olmayan, gizli saxlanılan problemlərin mahiyyətinin nədən ibarət olduğu Heydər Əliyevə bəlli idi. Bütün
bunları Heydər Əliyev yaxşı görür, siyasi imkanlarından, nüfuzundan gələcək müstəqil Azərbaycan
dövlətçiliyinin qurulmasına zəmin yaradan faktorların təmin edilməsi naminə istifadə etməyə çalışırdı.
Ötən əsrin 70-ci illərində məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın gələcəkdə müstəqil dövlət
olaraq mövcudluğunun təmin edilməsinə yönələn bir sıra kardinal addımlar atıldı. Məhz Heydər Əliyevin gərgin
əməyi sayəsində Azərbaycan qısa müddətdə aqrar ölkədən iri sənaye respublikasına çevrildi. Azərbaycanın neft
emalı və neft-maşınqayırma, elektronika sənayesinin yüksək keyfiyyətli məhsulları, şərab məmulatları nəinki
Sovet İttifaqı məkanında, eyni zamanda, xarici ölkələrdə də geniş şöhrət qazanmışdı. İttifaq hökumətinin xüsusi
qərarları ilə Azərbaycanda üzümçülük, pambıqçılıq və onların emal sənayesinin inkişafına yeni təkan verildi.
Heydər Əliyevin birinci hakimiyyəti illərində həmin sahələrin inkişafı ilə kəndlərdəki soydaşlarımızın yaşayış
səviyyəsi qibtə olunacaq şəkildə yüksəldi. Palçıq evlər, daxmalar müasir kommunikasiyalı mənzillərlə əvəz
edildi.
Dövlət idarəçiliyi sahəsində Heydər Əliyev irsinin çox əhəmiyyətli cəhətlərindən biri də budur ki, о öz
siyasətini heç bir zaman birtərəfli qurmurdu. Onun gördüyü işlər kompleks tədbirlər sistemindən ibarət idi.
Ümummilli liderin 70-ci illərdə Azərbaycanda milli hərbi kadr hazırlığı işinə xüsusi diqqət yetirməsi də bunu
bir daha təsdiq edir. О dövrdə Azərbaycanın ərazisində azərbaycanlılar hərbi kadr hazırlığına və о zamankı
hərbi elitaya yaxın buraxılmırdılar. Azərbaycanda bir neçə ali hərbi məktəb olmasına baxmayaraq, bu
məktəblərin minlərlə kursantı arasında yalnız beş-altı nəfər azərbaycanlı var idi ki, onların da çoxu
"beynəlmiləl” ailələrin üzvləri idilər. Şübhəsiz, bu tendensiya Heydər Əliyevi narahat etməyə bilməzdi. Heydər
Əliyevin şəxsi müdaxiləsi və qayğısı ilə 70-ci illərdən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan
gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başladı və bu sahədə də milliləşdirmə
prosesinə start verildi. Həmin dövrdə Heydər Əliyev milli hərbi kadr hazırlığı sahəsində daha bir kardinal addım
atdı. Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı ki, bu da azərbaycanlılar arasında hərbi sahəyə marağın
kütləvi xarakter almasına səbəb oldu.
1970-ci illərə kimi Cənubi Qafqaz respublikaları arasında azərbaycanlılara SSRİ-nin nüfuzlu ali
məktəblərində təhsil almalarına süni maneələr yaradılır, hətta müəyyən limit qoyulurdu. Lakin 1970-ci illərdən
başlayaraq, Heydər Əliyevin təşəbbüsü ilə bu sahədə də ciddi dönüş yaradıldı. Həmin dövrdən başlayaraq, hər il
yüzlərlə azərbaycanlı ittifaqın ən nüfuzlu ali məktəblərinin iqtisadiyyat, hüquq, diplomatiya, dövlət idarəçiliyi,
beynəlxalq münasibətlər və texniki elmlər kimi mühüm elm sahələrinə təhsil almağa göndərilirdi. Bu siyasət
Heydər Əliyev tərəfindən Azərbaycan dövlətçiliyinin intellektual bazasının yaradılmasına yönələn cəsarətli
addımlar idi. Bu günün prizmasından yanaşdıqda, bu addımların sonralar müstəqil dövlət quruculuğundakı
əvəzsiz rolu daha aydın, daha qabarıq görünür.
Bu böyük şəxsiyyət 1993-cü ildə xalqın tələbi ilə yenidən Azərbaycanın idarəçilik sükanı arxasına
keçdikdən sonra qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürmüş və onun icra-sına başlamışdır.
Çağdaş milli dövlətçilik tariximizdə Heydər Əliyev irsinin özünəməxsus cəhətləri, taktiki və strateji
hədəfləri, konkret məqsədləri var. Bu irs 1991-1993-cü illərdə cəmiyyətin gözündən düşmüş dövlət-hakimiyyət
vəhdətinin həqiqi simasını özünə qaytardı.
1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan cəmiyyətində dövlətçilik
ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart
hadisələrində ulu öndər Azərbaycan dövlətçiliyini faciələrdən və iflasdan xilas etdi. Siyasi sabitliyi təmin
etməklə yanaşı, eyni zamanda demokratik, qüdrətli dövlət modeli konsepsiyasını da həyata keçirməyə başladı.
1993-1995-ci illərdə Heydər Əliyevin Azərbaycan dövlətçiliyi uğrunda apardığı fəal mübarizəni xatırlayarkən
riqqətə gəlməyə bilmirsən. Bu müddətdə siyasi sabitliyin tam təmin olunması dövlətin gələcək iqtisadi inkişaf
prioritetlərini müəyyənləşdirməyə imkan yaratdı. Sosial-iqtisadi, hüquqi-siyasi sahələrdə kardinal islahatlar
proqramının həyata keçirilməsinə start verildi.85
Ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətlərindən biri də dövlət quruculuğunun
hüquqi bazasının yaradılması oldu. Belə ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan
Respublikasının dövlət quruculuğunun əsaslarını formalaşdırdı. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət
kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu
kimi seçdi. Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu
ali sənəd müstəqil Azərbaycanın Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk
parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının
yaradılmasına daha geniş imkanlar açdı. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini
müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Hüquqi dövlət quruculuğu,
ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici
siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən ardıcıl işlər bütövlükdə müstəqillik və
milli dövlətçilik amalının praktiki baxımdan bərqərar olmasına yönəlmişdir.
Heydər Əliyev həm də Azərbaycan elminin böyük hamisi idi. Elmə, təhsilə, alimlərə, ziyalılara həmişə
yüksək qiymət verirdi. Respublikaya birinci və ikinci rəhbərliyi dövründə Azərbaycan elmi, təhsili dünya
elminə birbaşa inteqrasiya olunmaq imkanı qazandı, cəmiyyət həyatına, onun tərəqqisinə xidmət edən
fundamental kəşflər edildi. Hələ ötən əsrin 70-ci illərində Elmlər Akademiyası Heydər Əliyevin böyük
təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazandı, özünün kadr potensialını, texniki arsenalını yaratdı.
İndi hamı belə bir tarixi gerçəkliyi təsdiq edir ki, Heydər Əliyev rəhbər vəzifədə olmadığı illərdə akademiyanın
məhv olmaq təhlükəsi var idi. Ümummilli lider 1993-cü ildən xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra
Azərbaycan elmi yenidən dirçəliş yoluna qədəm qoydu. Naxçıvandan Bakıya dönən Heydər Əliyevin ilk görüş
yeri kimi Elmlər Akademiyasını seçməsi də təsadüfi deyildi. Bununla dövlətçilik ənənələrini sistemli şəkildə
davam etdirən görkəmli dövlət xadimi kimi yeni yaratmağa başladığı müstəqil dövlətin bünövrəsinin elmi
sütunlar üzərində qurulduğunu, intellektual potensiala arxalandığını ictimai fikrə çatdırdı. Bu, bir tərəfdən
Heydər Əliyevin Azərbaycan elminə, intellektinə böyük hörmətinin təsdiqi idisə, digər tərəfdən respublika
ziyalılarının Heydər Əliyev şəxsiyyətinə sonsuz inam və yüksək etimadının bariz nümunəsi idi.
Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi çox görkəmli sima, dövlət idarəçiliyi
sahəsində son dərəcə böyük və təcrübəli siyasət adamı, dövlət xadimi idi. Heydər Əliyev Azərbaycanın,
dövlətimizin tarixində həmişəlik qalacaq və həmişə anılacaq bir şəxsiyyətdir. Onun zəngin dövlətçilik təcrübəsi
bu gün bütün dünyada etiraf olunur və hörmətlə qarşılanır, yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün
Ukraynada Heydər Əliyev adına Sosial-Siyasi Elmlər İnstitutu təşkil edilib və onun zəngin dövlətçilik təcrübəsi
öyrənilir. XX əsrdə yetişən dövlət xadimləri içərisində onun özünəməxsus yeri və nüfuzu var. Belə şəxsiyyətlər
dünyada çox azdır.
Belə bir şəxsiyyətin dövlətçilik, idarəçilik irsinin öyrənilməsi bu gün çox vacibdir. Bu missiyanı daşıyan
ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə yaradılmış Dövlət İdarəçilik Akademiyasının qarşısında
çox mühüm vəzifələr durur.
Dövlət idarəçiliyi mexanizminin təkmilləşdirilməsi tədbirləri sırasında dövlət idarəetmə sahəsi üçün
mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin artırılması,
dövlət idarəçiliyi sahəsində elmi-tədqiqatlar aparılmasının təşkili və həmin sahənin analitik-informasiya
təminatının möhkəmləndirilməsi akademiyanın qarşısında duran başlıca vəzifələrdəndir. Şübhəsiz, Azərbaycan
dövlətçiliyinin möhkəmləndirilməsi nəinki yüksək peşəkarlıq və zəkanı, həmçinin, yüksək əxlaqi və mənəvi
keyfiyyətləri, özünün vətənpərvərlik və Vətənə hədsiz sədaqəti ilə seçilən kadrların hazırlanması və tərbiyə
olunmasını ehtiva edir. Bütün bunlarla yanaşı, akademiya həm də milli ideologiyamızın formalaşması, inkişaf
etdirilməsi və təbliği sahəsində mühüm rol oynayır. Ümummilli lider milli-mənəvi dəyərlərə sadiqliyini bütün
fəaliyyəti boyu qoruyub saxlamış, dövlət idarəçiliyində bu meyarlara mühüm önəm vermişdir. Heydər Əliyevin
bu mövzudakı çoxsaylı çıxışları gənc nəsil üçün örnəkdir: О deyirdi ki, "Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr
etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Millimənəvi
dəyərləri olmaуап millət həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası
bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapmışdır. Ancaq bununla belə, Azərbaycanın təfəkkürlü
insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət
xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıbdır. Biz
bunların hamısı ilə fəxr etməliyik”.
Akademiyada ulu öndər Heydər Əliyev irsinin, bu böyük dövlət xadiminin, hakimiyyət ustasının zəngin
dövlətçilik təcrübəsinin, idarəetmə fəlsəfəsinin öyrənilməsi və gənc nəslə əxz edilməsinə də vacib məsələ kimi
yanaşılır. Təsadüfi deyil ki, akademiyada "Heydər Əliyevin Dövlət idarəçilik təcrübəsi” ayrıca fənn kimi tədris
olunur. Fəaliyyətdə olan "Heydər Əliyev Dövlət İdarəçilik Universiteti” bu istiqamətdə ciddi araşdırmalar 86
aparmaq, ulu öndərin həyatının şərəfli səhifələrini dolğun şəkildə açıb ictimaiyyətə göstərmək, onun zəngin
ideya-fəlsəfi dünyagörüşünə əsaslanan müasir dövlətçilik konsepsiyasını təbliğ etmək istiqamətində mühüm
işlər görülür.
Sevindirici haldır ki, 2003-cü ildə xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən cənab İlham
Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf və siyasi sabitlik
kursunu əzmkarlıqla davam etdirir. Dövlət başçısı əməli fəaliyyəti ilə hələ seçki ərəfəsində verdiyi bütün
vədlərə sadiqliyini təsdiqləmişdir. Mövcud imkanların bərabər paylanması inkişafın mühüm şərtlərindəndir və
Azərbaycan Prezidenti bu amili əsl siyasətçilərə xas peşəkarlıqla nəzərə alır: ölkəmizin sosial-iqtisadi uğurlarını
digər əhəmiyyətli sahələrin tərəqqisinə yönəldir, bununla əlaqədar bir sıra vacib fərmanlar, sərəncamlar, dövlət
proqramları imzalayır. Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin, incəsənətinin, idmanının, bir sözlə,
mədəni-intellektual potensialının daha da inkişaf etdirilməsi dövlət başçısının diqqət mərkəzindədir.
Azərbaycan Prezidenti təhsil sisteminin mövcud problemlərini, incəliklərini dərindən bilir və onların tez
bir zamanda aradan qaldırılmasına çalışır. Təsadüfi deyil ki, dövlət büdcəsindən ən böyük vəsait ayrılan
sahələrdən biri məhz təhsil sferasıdır. Həmin vəsaitin müəyyən hissəsi regionlarda yeni məktəblərin tikintisinə,
təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəlir. Regionların inkişafına diqqətin
artırılması çox vacibdir. Burada diqqəti cəlb edən bir də odur ki, hazırda regionlarda böyük canlanma var.
1 milyona qədər qaçqınımız var, ərazilərimizin xeyli hissəsi işğal olunub, belə bir məmləkətdə, belə bir şəraitdə
təbii ki, regionlarla mərkəz arasındakı iqtisadi inkişaf, tarazlıq pozulmalı idi. Regionlar çox sürətlə geri qalırdı.
Və olduqca vacib olan bu problemin həllində cənab Prezident İlham Əliyevin gördüyü işlərin böyük əhəmiyyəti
var. Ən əsas isə bu yolun düzgün olmasıdır. Həqiqətən də bu yolda çox qısa bir müddətdə böyük işlər
görülmüşdür. Xarici investisiyaların qoyulması, iş adamlarının vəsaitlərindən istifadə edilməsi, bank-kredit
sisteminin işə salınması və bunlar hamısı bu səmtə yönəldilib.
Ölkəmizin ötən illər ərzində məqsədyönlü, balanslaşdırılmış xarici siyasət kursu hesabına geosiyasi
qarşıdurmalar poliqonu olmaq təhlükəsindən uzaqlaşaraq əməkdaşlıq və maraqların uzlaşması məkanına
çevrilməsi faktı bu gün diqqətdə duran məsələlərdəndir. Bu "Azərbaycan rəqabət yox, qarşıdurma yox,
əməkdaşlıq məkanına çevrilməlidir. İlk növbədə Azərbaycanın milli maraqları təmin olunmalıdır” prinsipinə
daim sadiq qalan cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin təntənəsidir.
Prezidentliyə başladığı ilk gündən cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun davam
etdirildiyini bir daha bəyan etdi: "Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zamanın tələbidir. Bu, yeganə
siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına
xidmət edəcəkdir”.
Ölkəmizdə 2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkilərində Heydər Əliyev ideyalarının
layiqli davamçısı cənab İlham Əliyevin növbəti parlaq qələbəsi yuxarıda sadalanan nəhəng islahatlar prosesinə
və ulu öndərin ideyalarına olan ümumxalq münasibətini bir daha əyani şəkildə nümayiş etdirdi.
Bütün bunlar göstərir və təsdiq edir ki, həqiqətən Heydər Əliyevin nəzəri müddəaları, dövlət
idarəçiliyi sahəsindəki zəngin təcrübəsi hər zaman və hər bir işdə nümunə kimi bizə kömək olacaqdır.
Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının IV qurultayında qeyd etdiyi kimi: "Biz
bilirik nə istəyirik, biz bilirik hansı məqsədlərə doğru gedirik. Bizim siyasətimiz açıqdır, aydındır, atılan
addımlarımız düzgün istiqamətdədir və məqsədimiz ölkəmizi daha da gücləndirmək, dünyada Azərbaycanın
mövqelərini möhkəmləndirməkdir. Bizim siyasətimiz Heydər Əliyev siyasətidir, Heydər Əliyevin qoyduğu
yoldur. Bizim dayağımız Azərbaycan xalqıdır və iqtidarın mənbəyi xalqdır. Biz bütün təşəbbüslərdə
Azərbaycan xalqının dəstəyinə arxalanırıq. Bizim ideologiyamız azərbaycançılıq, dövlətçilik, müstəqillik
ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq.”
Elmira Bayramova
Bakı şəhəri Xətai rayonu 252 saylı körpələr evi-uşaq baxçasının müdiri