Lənkəran Ağır Cinayətlər Məhkəməsində sabiq müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-a bu barədə vəkil Bəhruz Bayramov məlumat verib. O bildirib ki, prosesdə məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında sabiq müstəntiqə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası verilməsini tələb edib.
Proses sabah davam edəcək