Ən məşhur satanist “Hollivud” və “MTV” ulduzları

2000-ci ildə şöhrətinin ən yüksək pilləsində dayanan amerikalı repçi Eminem sonradan çıxardığı "Recovery” ("Yaxşılaşma”) adlı albomu ilə bütün diqqətləri üzərinə cəlb edir. O, eyniadlı repində məktəb dostu, həyat yoldaşı Prufun ölüm səhnəsini təsvir edirdi. Eminemin bu səhnəsi 2006-cı ildə həqiqət olur. Pruf gecə vaxtı bardan çıxarkən öldürülür. Bu, hadisə satanistlər tərəfindən Eminem üçün verilən xəbərdarlıq idi. "Recovery”də o, hadisəni belə təsvir edir: "Ruhumu şeytana satdım, Əvvəlcə aldanmayacağımı zənn edirdim, İndisə tərk edib getmək istəyirəm”. "Recovery”də Şeytanın səsi bu cür eşitdirilir: "Ən yaxşı yoldaşını səndən aldım, Arvadını səndən aldım, Şöhrət çox gözəl idi, Bəs indi nə oldu?”. Həyat yoldaşı Pruf satanist idi. Eminem də bundan xəbərdar olub. Repçinin onu yolundan qaytarmaq cəhdləri boşa çıxır və repində açıq şəkildə bundan bəhs edir. Bundan qəzəblənən satanistlər Prufu öldürürlər və Eminemi təhdid yolu ilə tərəflərinə çəkirlər. 1960-cı ildən etibarən ABŞ-da icrasına başladılan "MK Ultra” layihəsi çərçivəsində satanistlər bir çox məşhurları təsir altında almaq üçün bu cür üsullardan istifadə edirlər. Populyar rok qrupu "Muse”nin eyniadlı mahnısı ("MK Ultra”) var. ABŞ-ın hökumət dairələri tərəfindən uşaq vaxtı cinsi zorakılığa məruz qoyduğu məşhurlar da eyni aqibətlə üzləşirlər. Bu barədə ən geniş məlumatlar 1994-cü ildə nəşr edilən "Transforming America” adlı kitabda yer alıb. Məşhurlar üzərində tətbiq edilən satanist "Monarch” layihəsi "MK Ultra” layihəsi üçün hədəf seçilmiş məşhurların beyinləri elektroşok üsulu ilə bir neçə hissəyə bölünür və ora müxtəlif şüuraltılar yerləşdirilərək asan idarəolunan varlığa çevrirlər. "MK Ultra” metodu üzərində hazırlanan "Monarch” layihəsi daha çox "Hollywood” və "MTV” ulduzlarına qarşı tətbiq olunur. Elektroşok vasitəsilə onların beyinlərinə satanist və masonik şüuraltı yerləşdirilir. Üsul nə qədər kiçik yaşda tətbiq olunsa, o qədər təsirli olur. Metodun tətbiq edildiyi insan küləkdə yellənən bir kəpənək kimi nə etdiyini bilməyən vəziyyətə düşür. Bir çox ulduzun istifadə etdiyi kəpənək naxışlı aksesuarı və döymələri buna dəlalət edir. "Monarch” metoduna məruz qalanlar arasında Britni Spirs, Khristina Aquilera və Castn Timberleyk var. Vaxtilə Spirsin başını keçəl qırxdırması onun ruhi sarsıntılar keçirməsilə izah olunurdu. Eminem, Slim Şadi və Marşall Maters kimi məşhurların səhnələrdə etdiyi qeyri-etik hərəkətlərinin də müxtəlif izahları var. Eminem tez-tez mahnılarında Satanizmin "3 am Rainman” kimi şüarlarından istifadə edir. Məhşuların şüurlatının ələ keçirilməsi işinin mason təşkilatı "İllüminati” tərəfindən həyata keçirildiyi bildirilir. Şakurun ölümü sirli qaldı 90-cı illərin ən sevilən repçilərindən biri repçi Tupak Şakur idi. Şakurun birdən-birə səhnədən getməsi hələ də sirr olaraq qalır. Əvvəlcə cinsi zorakılıqda ittiham edilən repçinin bu "cinayət”i üçün hansısa dəlil tapıla bilmədi. Daha sonra isə müəmmalı şəkildə öldürüldü. Ceksonun ölümünə səbəb olan klip Maykl Ceksonun ölümünün arxasında da oxşar ssenarilər var. Ceksonun 1990-cı ildə çəkdirdiyi "Black Or White” adlı klipinin əvvəlində təxminən dörd dəqiqəlik rəqs səhnəsi sırf tamaşaçıya qabiliyyətini göstərmək üçün edilməmişdi. "Music Industry Exposed” adlı sənədli filmdə klipin analizi edilərkən, Ceksonun çox açıq şəkildə orada "bağışlanma” dini ayinini icra etdiyi və şeytanları qovduğu iddia olunurdu. O, özünü təsir altına salan təşkilatlara meydan oxuyurdu. Bundan sonra Maykl Ceksonun nüfuzu yavaş-yavaş aşağı düşməyə başlayır. O, bir neçə uşağa cinsi zorakılıq ittihamı ilə günahkar bilinir. Lakin dəlil tapılmır. Bir müddətdən sonra isə Ceksonun dəri xəstəliyindən əziyyət çəkdiyi ortaya atılır. 2009-cu ildə o, mediaya verdiyi müsahibəsində fanatlarına "dünyanı xilas etmək üçün dörd iliniz” qaldı deyə müraciət etdi. Cekson öldürüləcəyinə işarə vurdu, o, bununla eyni zamanda Məsihin yaxın zamanlarda yerə enəcəyini demişdi. 3 il sonra isə Cekson müəmmalı şəkildə ölür. Bəlkə də öldürülür. Ceksonun ölümü bu gün də ailə üçün belə sirr olaraq qalır. Məsələn, Yaponiyada baş verən zəlzələlərin ABŞ tərəfindən törədildiyini deyən Uqo Çavez bu açıqlamasından qısa müddət sonra xərçəng diaqnozu ilə xəstəxanaya aparılmışdı. Məşhur musiqiçi Ami Vinhausun ölümü də insanlar üçün sirli qalır. Ölümünün səbəbi narkotik maddələr göstərilsə də aparılan araşdırmalardan sonra məlum olur ki, Vinhaus ömründə ondan istifadə etməyib. "İllimünati” şahzadəsi Rihanna "MTV”in ən məşhur siması Rihannanın da tez-tez səhnə performanslarında insanlara Satanizm və Massonluğa aid şüuraltı mesajlar ötürür. "S&M” adlı mahnısına çəkdirdiyi klipində Rihannanın oxuduğu səhnənin arxa fonunda açıq şəkildə "Princess Of Illimunati” ("İllimünati şahzadəsi”) yazısı görünür. "MTV”nin digər ulduzu Beyonsun Gürcüstana səfəri də qaranlıq məqamlarla yadda qaldı. Beyons Tbilisi küçələrində üzərinə inqilabi şüarlar yazılan avtomobili ilə gəzmişdi. Müğənni Gürcüstanı tərk edib getdikdən sonra ölkədə siyasi çalxalanma baş verir və Amerikanın adamı hesab edilən Saakaşvili Şevardnadzeni devirərək hakimiyyətə gəlir. "MTV” və "İllimünati” "MTV”nin simvolu hesab edilən içərisində tək göz olan piramida da "İllimünati”yə aiddir. 80-ci illərdə Con Todd adlı sui-qəsd nəzəriyyəçisi "İllimünati” və digər mason təşkilatlarına aid üzə çıxardığı faktlara görə, cinsi zorakılıq ittihamı ilə 30 il həbs cəzasına məhkum edilmişdi. Ortada olan faktlar "İllimünati”ni belə ələ verir: Təşkilatı hədəfə alanlar eyni ittihamlarla (cinsi zorakılıq) günhlandırılırlar. "İllimünati”nin digər məşhur təbliğatçıları isə aktyor Coni Dip, Ketti Perri və Keyn Uestdir. Məsələn, Ketti Perri müsahibələrindən birində belə deyirdi: "16 yaşımda musiqi dünyasına girəndə işlərim yolunda getmirdi və mən də ruhumu şeytana satdım”. Ledi Qaqa isə təşkilata aid olduğunu ümumiyyətlə gizlətmir. İstər mahnıları, istərsə də səhnə performansları və geyimlərilə Qaqa əsl satanistdir. Bob Dilan isə hətta Şeytanla müqavilə imzaladığın deyirdi. "Beatles”, "Metallica”, "Eagles”, "Rolling Stones” qrupları, Maddona, Led Zeppelin kimi müğənnilər də satanizmin təbliğatını aparmaqla məşğuldurlar. Madonnanın "Like a Prayer” ("Bir mömin kimi”) mahnısı belə başlayır: Həyat bir sirrdir, Nə var bundan xəbər alınacaq? Şeytan bunun harasındadır?”. Müğənninin mahnılarında tez-tez "O, hear our Savior satan” – "Xilaskarımız Şeytan, eşit bizi!” dediyinin şahidi oluruq. "Eagles” qrupunun ən məşhur, hamımızın sevə-sevə dinlədiyi "Hotel California” mahnısıda belə bir fikirlər var: "Yeah Satan, he organized hiss own religion” – "Yaşasın Şeytan, o öz dinini qurdu”. Mahnıdakı "Kaliforniya” həqiqətdə isə otel yox, Los-Ancelesdə böyük bir prospektin adıdır. Dünyada ilk rəsmi Şeytan kilsəsi də 1968-ci ildə Anton Szandor Lavey tərəfindən Kaliforniyada inşa edilib. Şeytan dilində danışanlar Amerikalı musiqi araşdırmaçısı Ceff Milner rokda Satanizm dalğasının 1960-cı illərin sonları 70-ci illərin əvvələrində yayıldığını bildirir. Milnerə görə, musiqilərdə satanist dünyagörünüşünün təbliğinin gizlədilməsi "back-masking” ("arxadan pərdələmə”) adlanır: "Ən sevdikləri metod nəqarəti tərsinə çevirməkdir. Məsələn, "natas” formasında. Düz çevirəndə, bu söz "satan” alınır, yəni Şeytan”. Rok musiqisində bu cür gedişlərdən daha çox Led Zeppelin, Cimmi Peyc və Robert Plant istifadə edirlər. Mik, Yaqqer, Maykl Cekson və "Betles” qrupu da hərdən bu üsuldan istifadə ediblər. Adı çəkilən sənətçilərin məşhur satanist lideri Aleyster Krovlyuya qarşı maraqları vardı. ”Beatles” Krovlyunun şəkillərindən albomlarının üz qabığında istifadə edirdi. 1875-1947-ci illərdə yaşamış Aleyster Krovlyu tərs danışmağı "Şeytan dili” adlandırırdı. "Eagles”in "Hotel California”, "This Fara Down the Line”, Madonnanın "Like a Prayer”, Maykl Ceksonun "Beat it”, "Morphine” qrupunun "Man in the Mirror”, "AC/DC” qrupunun "Dirthy Deeds”, "Rolling Stones”in "Tops”, "Metallica”nın "Am I Evil?” albomlarında yer alan mahnılar "Şeytan dili” ilə yazılıb. sabahinfo.az