Millət vəkilinin evindən çıxanlar hər kəsi təəccübləndirdi

İraqda keçirilən antikorrupsiya əməliyyatında Parlament üzvü Hind əl-Abbasinin evindən çıxanlar dünya mediasının diqqətini çəkib. 

Sabahinfo.az xarici mətbuata istinadən xəbər verir ki,  xanım millət vəkilinin evində aparılan axtarış zamanı 57 milyon dollar nağd pul və 27 kiloqram təmiz qızıl aşkar edilib. Əməliyyat zamanı  qızıldan hazırlanmış alt paltarları da tapılıb.

İstintaq çərçivəsində parlament üzvləri və bürokratlar da daxil olmaqla 47 şübhəli saxlanılıb. Əməliyyatın dövlət vəsaitlərinin sui-istifadəsi və korrupsiya iddiaları ilə bağlı daha geniş araşdırmanın bir hissəsi olduğu deyilir.

Hind əl-Abbasinin üzvlük qeydiyyatı İraq Parlamentinin rəsmi saytında qeyd olunsa da, axtarış və müsadirə edilmiş materiallarla bağlı rəsmi orqanlar tərəfindən hələlik ətraflı izahat verilməyib.