"Təhsil
millətin gələcəyidir” - deyən xalqımızın ümummilli lideri Heydər Əliyev bu
müdrik kəlamı ilə müstəqillik yolunda ilk kövrək və eyni zamanda, inamlı
addımlarını atan bir dövlətin uğurlu inkişaf yolunu göstərmiş,
fəaliyyət istiqamətlərini müəyyən etmişdir. Heydər Əliyev yolunun layiqli
davamçısı, respublika Prezidenti İlham Əliyev də öz uzaqgörən siyasəti, xüsusi
qayğısı ilə Azərbaycan təhsilini forma və məzmunca yeni inkişaf səviyyəsinə
çatdırmağa nail olmuşdur. Dövlətimizin başçısı demişdir: "Bütün işlər məhz
məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün
dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin
etməlidir”. Möhtərəm Prezidentimizin bu aydın mövqeyi, Azərbaycanın qüdrətli
sabahına hesablanan tapşırıq və tövsiyələri bu gün təhsil sahəsində
qazanılan nailiyyətlərin əsas şərtidir.
Uzun illər ərzində
akademik ənənələrin formalaşması sayəsində Gəncə Dövlət Universiteti elmi tədqiqatların
təşkili və tətbiqi istiqamətində geniş təcrübə qazanmışdır. Universitetdə əsaslı
və son elmi nailiyyətləri özndə əks etdirən fondlar toplanmışdır.
Gəncə Dövlət
Universiteti təhsilin və elmin yüksəlişi üçün bacarıqlı müəllim heyyəti
hazırlamışdır. Humanitar və ictimai elmlər sahəsində, fizika-riyaziyyat,
informatika, təbiət elmləri, pedaqogika və psixologiya, musiqi, təsviri incəsənət
və s. istiqamətlərdə bakalavr, magistr, aspirant və doktorant təhsilini təşkil
edir. Bakalavr təhsili 4 il davam edir və bakalavr dərəcəsi verilir. Magistr dərəcəsi
2 il davam edir və sonda magistr dərəcəsi verilir. Xüsusi professional tədqiqatlar
tələbələrə yüksək səviyyəli kadrlar kimi yetişməyə imkanlar yaradır.
Məqsəd və gələcəyə baxış
Gəncə Dövlət
Universitetinin missiyasına kəsilməz və mərhələli təhsil prosesini təşkil etmək,
elmi mühiti formalaşdırmaq, intellektual səviyyəli müəllim kadrlarını və elm
adamlarını yetişdirmək, bu kadrlarla Azərbaycanın təhsil və elmi müəssisələrini
təmin etmək, Azərbaycan mədəniyyəti və incəsənətinin daha da inkişaf etdirilməsi
daxildir.
Fikir azadlığı və
fikirlərin müxtəlifliyi universitet cəmiyyətinin əsas dəyərlərindən biridir. Tədqiqat
və təhsil prosesi birlikdə universitetin nüvəsini təşkil edir. Universitet
geniş spektrli fundamental və tətbiqi tədqiqatlardan özündə cəmləşdirir. Avropa
tədqiqatlarını özündə yüksək səviyədə bəhrələnmək, təhsil əhatəsini genişləndirmək
və yeniləşdirmək Gəncə Dövlət Universitetinin bu günü və gələcəyidir.
Universitiet planlı
şəkildə humanitar, təbiyyət və dəqiq elmlər sahəsində aparılan tədqiqatların cəmiyyətdə
və praktikada təsirini balanslaşdırır və inkişafına zəmanət verir.
Universitetdə tədqiqat işləri
Elmi inkişaf və
qlobal tədqiqat mərkəzləri ilə genişlənən əlaqələr Gəncə Dövlət Universitetində
müxtəlif istiqamətlərdə elmi nəticələrin alınmasına imkanlar yaratmışdır. Tədqiqat
nailiyyətləri və son illərdə Avropaya inteqrasiya, informasiya kommunikasiya texnologiyası,
riyazi elmlər, kimya, biologiya və s. sahələrdə yeni müasir tədqiqat sahələrinin
meydana çıxmasına və qlobal elmi dəyişikliklərin yaranmasına imkanlar
yaratmışdır. Gəncə Dövlət Universitetində Büküm tənliklər nəzəriyyəsi,
Differensial və inteqral operatorlar nəzəriyyəsi sahəsində çox mühüm nəticələr
alınmışdır. Büküm tənliklər nəzəriyyəsində büküm tənliklərinin, həmçinin sonlu
və sonsuz büküm tənliklər sisteminin həllinin varlığı və yeganəliyi üçün zəruru
və kafi şərt teoremləri, büküm opratorları üçün approksimasiya məsələsi, Adamar
məsələsi və bir sıra digər məsələlər verilmişdir. İlk dəfə olaraq isbat
olunmuşdur ki, analitik funksiyaya büküm tənliyinin həlli kimi baxmaq olar.
Analitik funksiyanın bu yeni tərifi Analitik funksiyalar nəzəriyyəsini yeni
metodologiya və yeni terminologiya ilə yazmağa imkan verir. Alınan bu mühüm
elmi nəticələr bir tərəfdən elektron texnologiyasının, həmçinin kompüter
texnikasının, fundamental nəzəri məsələlərinin həllində böyük praktik əhəmiyyətə,
həmçinin bir çox riyazi nəzəriyyələrin inkişafında mühüm əhəmiyyətə malikdir.
İkinci mühüm elmi nəticələr
ekosferanın və bioloji müxtəlifliyin qorunub saxlanması, biologiya və botanika
sahəsində, Azərbaycanın Qərb regionun flora və faunasının tədqiqi sahəsində
alınmışdır.
Başqa bir tədqiqat
sahəsi Kimya və biokimya sahəsidir. Bu tədqiqat sahəsində də bir çox praktik və
nəzəri nəticələr alınmışdır.
Müasir era Azərbaycan
Tarixi, fəlsəfəsi, ədəbiyyatı mədəniyyəti və incəsənəti kimi mühüm sahələrin
inkişafı üçün yeni imkanlar yaratmışdır. Bu imkanlar Azərbaycanın hüquqi
islahatlarına, Azərbaycanda siyasi fikir, siyasi sistemlər və iqtisadi-sosial
inkişafa yol açmışdır.
Gəncə dövlət
Univeristeti Azərbaycan elminin yenidən qurulmasında mühüm işlər görür.
Universitetin alimləri və gənc tədqiqatçıları bir sıra milli və beynəlxalq elmi
nailiyyətlər qazanmışlar. Azərbaycan Milli Elmlər Akedemiyasının, Avropa Elmi təşkilatlarının
və başqa beynəlxalq təşkilatların alimləri tərəfindən onların naliyyətləri yüksək
qiymətləndirilmişdir.
Universitetin beynəlxalq əlaqələri
Son illərdə
universitetdə beynəlxalq əlaqələrin ginişlənməsi, xarici ölkələrin təhsil və
elmi müəssisələri ilə əməkdaşlığa imkan vermişdir. GDU beynəlxalq əlaqələrin
qurulmasına, genişlənməsinə və qabaqcıl dünya təcrübəsindən istifadəsinə çox önəm
verir. 1995-ci ildə Gəncə Dövlət Universitetində beynəlxalq əlaqələr şöbəsi
yaradılmışdır. Elə bu ildən etibarən GDU Avropa İttifaqının "TEMPUS” təhsil
proqramı ilə əlaqə saxlamaq üçün fəal təşəbbüs göstərmişdir. Bu məqsədlə
Fransanın Amien şəhərinin Jül Vern adına Prikardiya Universitetinin professor
ekspertləri Sarqur Qamçal və Kolet Pikar GDU-nə dəvət olunmuşlar. Onlar
professor, müəllim və tələbə heyyəti ilə görüşmüş, tədris laboratiyaları ilə
tanış olmuş, fikir mübadiləsi aparmış, tələbə və müəllimlər qarşısında məruzələrlə
çıxış etmişlər.
Avropa Birliyinin
maliyələşdirdiyi Erasmus-Mundus Proqramı əsasında həyata keçirilən "Tələbə,
magistr, aspirant, doktorant hazırlığı, professor və müəllimlərin Avropa
Universitetlərində elmi-tədqiqat imkanlarının və nəzəri biliklərinin
artırılması layihəsi” çərçivəsində beynəlxalq əlaqələr daha da genişləndirilmişdir.
Bu layihə konsorsum üzvləri tərəfindən həyata keçirilir və konsorsumda
Hollandiya, Fransa, İtaliya, Portuqaliya, Yunanıstan, Bolqarıstan, Litva,
Latviya, Azərbaycan, Gürcüstan universitetləri birləşirlər. Azərbaycan tərəfdən
konsorsumda Gəncə Dövlət Universiteti, Xəzər Universiteti və Turizm
Universitetləri iştirak edir.
Bundan başqa GDU
Türkiyənin Kars Kafkaz Universiteti, Fransa Səfirliyinin Mədəniyyət Şöbəsi, Almaniya
Respublikası Səfirliyi, Almanyanın "DAAD” təşkilatı, "Tasis” proqamı üzrə
"Avropa dilləri öyrədilməsi mərkəzi”, İngiltərənin Nottingem Trent Universiteti
ilə əməkdaşlıq edir.
Universitetdə "Ümumi kimya”,
"Qeyri-üzvi kimya”, "Fıziki-kimyəvi analiz”, "Qeyri-üzvi materialşünaslıq”,
"Faza tarazlıqlarının termodinamikası” və s. fənnlər üzrə mühazirə və
laboratoriya dərsləri aparır.
200 elmi əsərin , o
cümlədən 4 monoqrafiyanın, 10 dərslik və dərs vəsaitinin, 4 patentin müəllifıdir.
2 elmlər namizədi
yetişdirmişdir.
Elmi fəaliyyəti mürəkkəb
qeyri-üzvi sistemlərin fıziki-kimyəvi tədqiqi ilə bağlıdır. O, çoxkomponentli
yarımkeçirici sistemlərin faza tarazlığının və termodinamik xassələrinin
qarşılıqlı əlaqələndirilmiş tədqiqi sahəsində sistemli tədqiqatların müəllifidir.
20 ildən artıq bir dövr ərzində mis, gümüş və tallium əsasında onlarla üçlü və
daha mürəkkəb xalkogenid və xalkohalogenid sistemini ətraflı tədqiq etmişdir. Həmin
sistemlərdə yanmkeçirici, termoelektrik, fotoelektrik və s. xassələrə malik
yüzlərlə yeni birləşmə və dəyişən tərkibli faza aşkar edilmiş, onların əmələgəlmə
xarakteri, homogenlik sahələri, kristalloqrafık parametrləri, standart parsial
və inteqral termodinamik funksiyaları və s. xassələri öyrənilmişdir.
Gəncə Dövlət Universitetin
uğurları və bu ali təhsil ocağından gözləntilərimiz bununla bitmir. Əlbəttə,
bütün bu uğurlar Azərbaycan övladı olaraq hər birimizi sevindirir və gələcəyə
olan inamımızı, nikbinliyimizi artırır. Gəncə Dövlət Universitetinin bütün
professor-müəllim heyətinə, işçi kollektivinə və tələbələrinə böyük uğurlar
arzulayırıq.
Yusif Məhəmmədoğlu