"Təhsil millətin gələcəyidir” - deyən xalqımızın ümummilli lideri Heydər Əliyev bu müdrik kəlamı ilə müstəqillik yolunda ilk kövrək və eyni zamanda, inamlı addımlarını atan bir dövlətin uğurlu inkişaf yolunu göstərmiş, fəaliyyət istiqamətlərini müəyyən etmişdir. Heydər Əliyev yolunun layiqli davamçısı, respublika Prezidenti İlham Əliyev də öz uzaqgörən siyasəti, xüsusi qayğısı ilə Azərbaycan təhsilini forma və məzmunca yeni inkişaf səviyyəsinə çatdırmağa nail olmuşdur. Dövlətimizin başçısı demişdir: "Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir”. Möhtərəm Prezidentimizin bu aydın mövqeyi, Azərbaycanın qüdrətli sabahına hesablanan tapşırıq və tövsiyələri bu gün təhsil sahəsində qazanılan nailiyyətlərin əsas şərtidir.
Ölkəmizdə
neft kapitalını intellektual mülkiyyətə yönəltməyi başlıca məqsəd hesab edən
cənab İlham Əliyevin milli təhsilin inkişafına istiqamətlənən
strategiyası fəal vətəndaş mövqeyi və ziyalı məsuliyyəti ilə icra olunur.
Dövlət başçımızın 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq
olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”
bu yöndə konkret fəaliyyət proqramıdır. Qarşıya qoyulan məqsədin şərəflə
reallaşdırılması hər bir təhsil ocağının, müəllimin, valideynin üzərinə düşən
vəzifələri doğma Azərbaycanımızın sabahını düşünərək məsuliyyətlə yerinə
yetirməsindən çox asılıdr.
Yaxın
perspektivdə Azərbaycanda təhsilin inkişafını hədəfə alan yuxarıda adı çəkilən
Dövlət Strategiyasında əks olunduğu kimi, ümummilli lider Heydər Əliyevin
əsasını qoyduğu möhkəm bünövrəyə malik müstəqil Azərbaycan dövləti bu gün ulu
öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı genişmiqyaslı
sosial-iqtisadi siyasət nəticəsində özünün yüksək inkişaf dövrünü yaşayır.
Reallaşdırılan məqsədyönlü islahatlar ölkəmizi müasir inkişaf səviyyəsinə
çatdırmaqla yanaşı, həm də gələcək üçün etibarlı zəmin yaratmışdır. Azərbaycan
artıq yeni dövrə – modernləşdirmə dövrünə qədəm qoymuşdur. Bu dövrün hədəfləri
sosial-iqtisadi həyatın qabaqcıl beynəlxalq təcrübəyə
uyğunlaşdırılmasından, bu yolla davamlı iqtisadi inkişafın təmin
olunmasından, eləcə də əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsindən
ibarətdir. Güclü və dinamik inkişaf edən Azərbaycanın insan kapitalı müasir
dövlətçilik fəlsəfəmizin əsas hədəfidir. Bu hədəfin gerçəkləşməsi isə xeyli
dərəcədə təhsilin üzərinə düşür və onun daşıdığı vəzifə ilə sıx bağlıdır.
Adı
çəkilən sənədin missiyası ölkəmizin modernləşdirilməsi üçün zəruri olan insan
kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət
qabiliyyətini yüksəltməkdən ibarətdir. Strategiya təhsil sahəsində aparılacaq
islahatların başlıca istiqamətlərini müəyyənləşdirir, Azərbaycan təhsilinin XXI
əsrin çağırışlarına uyğun inkişaf üfüqlərini özündə ehtiva edir və təhsilin
bütün pillələrində keyfiyyətcə yeni mərhələyə başlamağı – "qara qızılı insan
qızılına çevirək” fəlsəfəsini qarşımıza əsas vəzifə kimi qoyur. Sənəd təhsil ilə
bağlı olan bütün subyektləri və fəaliyyət sahələrini əhatə edir. Bu əhatəlilik,
həmçinin Azərbaycanın gələcək inkişafının davamlı xarakter alması üçün peşəkar
bilik və bacarıqlara yiyələnən və rəqabətədavamlı insan resurslarının
yetişdirilməsi missiyasına xidmət edir, ölkə təhsilinin yeni keyfiyyət
mərhələsinə keçidi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsini
nəzərdə tutur.
Uğurlu təhsil
siyasətininin həyata keçrilməsində Gəncə Dövlət Universitetinin də öz rolu var.
Bu Ali təhsil müəssisəsində rektor professor Yusif Yusibovun rəhbərliyi altında həyata keçirilən
bütün işlər həm şəxsi heyyətin həm də tələbələrin ürəyincədir.