Göygöldə uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət aldı

Göygöldə bədbəxt hadisə baş verib.

 

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Xasabağ kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Aytac Qurbanova daxilə keçən kəsilmiş-deşilmiş yaralarla Gəncə şəhər Təcili Tibbi Yardim Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat edilib. 11 yaşlı uşağın vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Aytac Qurbanovanın hansı şəraitdə xəsarət alması müəyyənləşdirilir.

 

Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.