Azərbaycanın çağdaş tarixini ümummilli lider Heydər Əliyevin fəaliyyətindən kənar təsəvvür
etməyin mümkünsüzlüyü ictimai fikirdə birmənalı şəkildə qəbul edilən real həyat həqiqətidir. Bu həqiqət
nəinki Azərbaycanın müasir mövcudluğunda, həm də ona aparan yollarda qarşıya çıxan saysız-hesabsız
maneələrin aradan qaldırılmasında Heydər Əliyevin nümayiş etdirdiyi uzaqgörənlikdə, iradə və
qətiyyətdə, müdriklik və dərin zəkada təzahür edir. Hamı yaxşı bilir ki, Heydər Əliyevə məxsus dahilik
keyfiyyətləri olmasaydı, həmin maneələr aradan qalxmaz, həyatımızın indiki gerçəkliyi olmazdı.
1993-cü il iyunun 15-də Heydər Əliyevin qayıdışı təkcə Heydər Əliyev ömrünün deyil, həm də bütün
tariximizin xüsusi mərhələsi, əsaslı dönüş nöqtəsidir. Bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə
qaytardı, sabaha, gələcəyə ümidini artırdı. Ümummilli lider "Mən buraya vəzifə üçün gəlməmişəm. Mən böyük
yükü ancaq ona görə çiynimə götürmüşəm ki, xalqın həyatının ən çətin dövründə ona xidmət göstərim” deyərək
ömrünün qalan hissəsini də xalqının xilasına həsr edəcəyini bildirmişdi. Beləliklə, Azərbaycan dövlətçiliyinin
müqəddəratı həll edildiyi 1993-cü ilin iyun günlərində dünya miqyaslı siyasi dövlət xadimi Heydər Əliyevi
yenidən hakimiyyətə dəvət edən Azərbaycan parçalanıb dağılmaq və müstəqilliyini itirmək kimi dəhşətli
fəlakətdən xilas oldu. Qısa bir müddət ərzində dövlət və hakimiyyət böhranına son qoyuldu, cəbhədə atəşkəs
elan edildi və vətəndaş müharibəsinin qarşısı alındı. Bir neçə dövlət çevrilişi cəhdi və terror aktları dəf edildi və
nəticə etibarilə ölkədə möhkəm ictimai-siyasi sabitlik yaradıldı.
Məhz Heydər Əliyev Ermənistan və Azərbaycan arasında uzun müddətdən bəri davam edən qanlı
müharibəni dayandırmağa, atəşkəs elan etməyə, münasibətləri sülh danışıqları müstəvisinə keçirməyə nail oldu.
Qarabağ probleminin təkcə ölkədaxili məsələ olmadığını, bir dövlətin – Ermənistanın digər dövlətə –
Azərbaycana ərazi iddiasından doğan bu silahlı münaqişənin geopolitik, dünyanın müxtəlif aparıcı dövlətlərinin
iqtisadi, siyasi və hərbi maraqlarının toqquşduğu və bu maraqlardan asılı bir problem olduğunu məhz ulu öndər
Heydər Əliyev ilk dəfə dünyaya bəyan etdi, neçə ildən bəri məruz qaldığımız informasiya blokadasını dağıtdı,
Azərbaycan həqiqətlərini dünyaya çatdırdı.
Prezidentlik dövrü ərzində keçirdiyi hər bir görüş və tədbirdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin aradan qaldırılması prosesini sürətləndirmək üçün istifadə etmişdi. Mövcud problemin həlli ilə
məşğul olan ATƏT-in Minsk qrupu çərçivəsində ardıcıl, məqsədyönlü iş aparmışdı. Bununla yanaşı, dünyanın
aparıcı ölkələrinin dövlət və hökumət başçıları, mötəbər beynəlxalq təşkilatların rəhbərləri ilə ardıcıl və intensiv
danışıqlar aparmış, nəticədə nail olduğu atəşkəs sazişindən məharətlə istifadə edərək dövlətçilik sütunlarının
möhkəmləndirilməsi, hərbi quruculuq, vahid komandanlıq altında nizami ordu yaradılması, demokratik, hüquqi,
dünyəvi cəmiyyət quruculuğu yolunda geniş islahatlar aparılması sahəsində mühüm tədbirlər həyata
keçirmişdir.
Bu dövrdə Heydər Əliyev ölkədə iqtisadi islahatların həyata keçirilməsi sahəsində çox iş görmüşdür.
İqtisadiyyatdakı tənəzzül proseslərinin qarşısını alaraq inkişafa nail olmaq üçün mühüm qanunların qəbul
edilməsi, inflyasiyanın uğurlu makroiqtisadi sabitləşdirmə siyasəti nəticəsində cilovlanması, Azərbaycanın
misilsiz sərvəti olan neft məsələlərinə böyük əhəmiyyət verərək zəngin neft yataqlarımızın işlənilməsində
dünyanın ən qabaqcıl şirkətlərinin bilavasitə iştirakına şərait yaradılması, genişmiqyaslı özəlləşdirmə
proqramının həyata keçirilməsi, investisiyaların həcminin ən yüksək həddə çatması kimi amillər Heydər
Əliyevin bazar iqtisadiyyatının bərqərar olmasına və sabit tərəqqisinə yönəlmiş iqtisadi strategiyasının real
bəhrələri idi.
Ulu öndərin dövlətçilik fəaliyyəti miqyas etibarilə çox geniş olduğundan, əslində, bu fəaliyyəti istənilən
halda tam əhatə etmək qeyri-mümkündür. Bu baxımdan konkret olaraq "Heydər Əliyev Azərbaycanda insan
hüquq və azadlıqlarının ən böyük təminatçısıdır” fikrini əsaslandırmaq məqsədilə tarixi əhəmiyyət kəsb edən
bəzi mühüm faktları bir daha sadalamaq və təhlil etmək yerinə düşərdi.
İlk növbədə qeyd edilməlidir ki, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi ümummilli liderin
fəaliyyətinin əsas qayəsini təşkil etmişdir. Demokratiya və insan hüquqlarına sadiq olduğunu daim bəyan edən
ümummilli lider Heydər Əliyevin Azərbaycan vətəndaşlarının hüquqlarının bərpa edilməsi sahəsindəki siyasəti
gələcək nəsillərin yaddaşına ədalətin bərpası kimi həkk olunacaqdır.
Müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən
hüquqi islahatların ən mühümü məhz yaşamaq hüququnun təmini istiqamətində həyata keçirilən tədbirlər planı 313
olmuşdur. 1993-cü ildə ulu öndər Heydər Əliyevin ilk qərarlarından biri ölüm cəzasının tətbiqi üzərində
moratorium qoyulması oldu.
Demokratik hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycan xalqı milli müstəqillik əldə etdikdən
sonra bir çox çətinliklə qarşılaşmışdı. 1992-1993-cü illərdə ölkəmizdə hökm sürən hərc-mərclik, özbaşınalıq,
qanunsuz silahlı birləşmələrin mövcudluğu, cinayətkarlığın tüğyan etməsi insanların dinc və təhlükəsiz
yaşamasını qəsdə məruz qoymuşdu.
Ümummilli liderin həyata keçirdiyi siyasət sayəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi
sabitlik bərqərar edildi, qanunsuzluqlara, zorakılığa, cəzasızlıq əhvali-ruhiyyəsinə son qoyuldu.
Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ qazandılar. Bütün bunlar demokratik cəmiyyətin
qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi.
1995-ci il noyabr ayının 12-də Azərbaycan tarixində ilk dəfə olaraq müstəqil dövlətimizin
Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas
müddəalarını özündə əks etdirən bu Konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin
edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri
dəyərlərə söykənərək yaradılan Konstitusiyamız hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti
quruculuğunun təməlini qoydu.
Qeyd olunduğu kimi, 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium
qoyulmuş, daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırılmış və 1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə
olaraq Azərbaycanda ölüm cəzası ləğv edilmişdir. Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi
təhlilə, dünya təcrübəsinə və reallığımıza əsaslanmaqla, humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan
hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ulu öndərin gələcək nəsillərə misilsiz töhfəsidir.
Dövlət başçısının 3 fevral 1998-ci il tarixli müraciətində deyilirdi: "Mən cinayət-hüquq siyasətini
hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq,
ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Ölüm cəzasının ləğvi
Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolunda olmasını bir daha sübut edir.
Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik
sayəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilmiş, həmin vaxtdan indiyədək qəbul olunmuş
amnistiya aktları, əfv fərmanları minlərlə şəxsə tətbiq edilmişdir.
Heydər Əliyev hər kəsin hüquqlarına hörmətlə yanaşılmasını, şəxsiyyətin alçaldılması, zorakılıq,
işgəncə və bu kimi qeyri-qanuni üsul və vasitələrə yol verilməsi hallarının aradan qaldırılmasını hüquqmühafizə
orqanları qarşısında vacib vəzifə kimi qoymuşdur.
Ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsi sahəsində görülən tədbirlərin genişləndirilməsi
məqsədilə 1998-ci il fevralın 22-də "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində
tədbirlər haqqında” fərman imzaladı. İnsan hüquqları sahəsində həyata keçiriləcək tədbirlərin istiqaməti və
konsepsiyası həmin sənədlə müəyyən edildi və ümumdövlət səviyyəsinə qaldırıldı. Bunun ardınca təsdiq edilmiş
"İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun
olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, elmitədqiqat
institutunun yaradılması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, beynəlxalq qurumlarla
əməkdaşlığın daha da inkişaf etdirilməsi, mütəxəssislərin hazırlanması, öhdəliklərə əməl edilməsi və digər
vəzifələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu fundamental sənədlərin fəlsəfəsi ondan ibarətdir ki, hər
bir şəxs Konstitusiyada təsbit edilmiş hüquqlarının həyata keçirilməsi üçün bütün imkanlara malik olsun. Belə
ki, Konstitusiyada bəyan edilmiş hüquqların həyata keçirilməsi üçün bir sıra mühüm qanunlar qəbul olunmuş və
çevik hüquqi mexanizmlər müəyyənləşdirilmişdir. Deyilənlərə "Kütləvi informasiya vasitələri haqqında”, "Dini
etiqad azadlığı haqqında”, "Ölkədən getmək və ölkəyə gəlmək haqqında”, "Sərbəst toplaşmaq azadlığı
haqqında” və digər qanunları misal göstərmək olar.
Ölkəmizdə insan hüquqlarının qorunması üzrə yeni sistemin yaranmasının parlaq təzahürlərindən biri də
"İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” qanunun qəbul edilməsi oldu. Belə bir hüquqi təsisatın
yaradılması qabaqcıl dövlətlərdə tətbiq edilən səmərəli institutların ölkəmizdə fəaliyyət göstərməsinə şərait
yaratdı.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi, iqtisadi, sosial islahatların
həyata keçirilməsi, dövlətimizin beynəlxalq birliyə tamhüquqlu üzv kimi qəbul olunması üçün müvafiq hüquqi
bazanın yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, Milli Məclisin qəbul etdiyi
qanunvericilik aktlarının, o cümlədən "Vətəndaşlıq haqqında”, "Sərbəst toplaşmaq azadlığı haqqında”, "Kütləvi
informasiya vasitələri haqqında”, "Məlumat azadlığı haqqında”, "Qaçqınların və məcburi köçkünlərin statusu
haqqında”, "Konstitusiya Məhkəməsi haqqında”, "Məhkəmələr və hakimlər haqqında”, "Prokurorluq 314
haqqında”, "Polis haqqında”, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər qanunların əsas ruhu insan
hüquqlarının müdafiəsi təminatlarının yaradılması olmuşdur.
Bunlar, bir tərəfdən, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun təmin edilməsi,
çoxpartiyalılığa, müxtəlif siyasi cərəyanların ideyalarının azad ifadə olunmasına əsaslanan siyasi sistemin
yaradılması, insan və vətəndaş hüquqlarının qorunmasına qulluq edən təsisatların formalaşması, digər tərəfdən
isə, ölkəmizdə azad rəqabətə, inkişaf etmiş mülki dövriyyəyə, müasir bazar münasibətlərinə əsaslanan
iqtisadiyyat qurulması məqsədini güdən qanunvericilik tədbirlərini əhatə edir.
Heydər Əliyev respublikamızda mətbuata dövlət qayğısını, kütləvi informasiya vasitələrinin inkişafını,
fikir, söz və məlumat azadlığının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edərək 1998-ci il avqustun 6-da
imzaladığı fərmanla 1992-1993-cü illərdə sərbəst informasiya fəaliyyətinə qoyulmuş məhdudiyyətləri aradan
qaldırdı.
Bu təşəbbüs ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin edilməsinə, hüquqi və etik normaların
gözlənilməsinə və qanunlara uyğun mexanizmin yaradılmasına yönəldilmişdi.
Ümummilli liderin gərgin diplomatik səyləri və şəxsi nüfuzu sayəsində müstəqil respublikamız bir sıra
nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmiş və öz beynəlxalq
mövqeyini möhkəmləndirmişdir. Heydər Əliyevin xarici siyasəti dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu
əsaslar üzərində faydalı əlaqələr qurmağa yönəlmişdi. Bu siyasət indi də möhtərəm Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir, qələbələrlə zəngin bəhrələr verir.
Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin bu dövrünün qısa təhlili göstərir ki, ölkənin həyati
mənafelərinə xidmət edən, dövlətin strateji maraqları üzərində qurulmuş, hərtərəfli işlənib hazırlanmış, özünün
aydın konkret vəzifə və istiqamətləri, prinsipləri ilə seçilən ardıcıl xarici siyasət xətti yalnız 1993-cü ilin ikinci
yarısından etibarən yeridilməyə başlanmışdır. Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyini qorumağa,
möhkəmləndirməyə və ölkəmizin dünya birliyinə inteqrasiyası üçün əlverişli beynəlxalq şəraiti təmin etməyə
yönəlmiş çoxşaxəli, fəal xarici siyasətinin nəticəsidir ki, indi Azərbaycan dövləti bölgədə və dünyada baş verən
əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini
qoruyur. Ölkədaxili demokratik proseslər və iqtisadi dəyişikliklər də əlavə olunmaqla, uğurlu xarici siyasət bu
gün dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu təşkilat və qurumlarının diqqətini Azərbaycana yönəltmiş,
beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına və inkişafına əlverişli zəmin
yaratmışdır.
Bu gün Azərbaycan dövlətçiliyinin ən mühüm problemi ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır.
Ermənistan Respublikasının təcavüzü nəticəsində işğal altına düşmüş ərazilərimizin azad edilməsi, viran
qoyulmuş kənd və şəhərlərimizin bərpa olunması, sayı bir milyonu keçən və uzun müddətdən bəri məşəqqətli
köçkün həyatı sürən soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin qarşısında çox
məsul bir vəzifə, ən vacib məqsəd kimi durur. Müstəqil dövlətçiliyimizin banisi, müasir müstəqil Azərbaycanın
memarı, böyük öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham
Əliyev xalqımıza hədsiz məhrumiyyətlər, müstəqil dövlətimizə böyük itkilər gətirmiş təcavüzə son qoyulması
üçün çoxşaxəli və səmərəli hüquqi-diplomatik addımlar atır.
Bütün bunların nəticəsidir ki, indi dünya birliyi Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğalçı və
təcavüzkar siyasət yeritdiyini daha yaxşı anlayır. Təsadüfi deyil ki, bir çox mötəbər beynəlxalq təşkilatlar
tərəfindən qəbul edilən qərar və qətnamələrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı
şəkildə dəfələrlə təsdiqlənmiş, onun təcavüzkarlıqdan əl çəkməsi tələb olunmuşdur.
1995-2003-cü illər Azərbaycanın demokratik prinsiplərə sadiq bir dövlət kimi inkişafında mühüm bir
dövr olmaqla, dünya birliyinə inteqrasiya yolunda ona çox böyük nailiyyətlər qazandırdı. Heydər Əliyevin
siyasi müdrikliyi və beynəlxalq nüfuzu olmadan bütün bunları əldə etmək mümkünsüz idi. Həmin illərdə
hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşmış, icra, qanunvericilik və məhkəmə
orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir. Ölkəmizdə müxtəlif yönlü siyasi partiyaların, ictimai
təşkilatların, həmçinin kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait dövlətimizdə
siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Ümummilli
lider vicdan və azadlıqların təmin edilməsini, tolerantlıq mühitinin yaradılmasını əsl vətəndaş cəmiyyətinin
formalaşdırılması üçün mühüm amil sayırdı.
Bu gün insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi
müstəsna dəyər verən Azərbaycanın dünyəvi və demokratik dövlət imicinin formalaşmasında ümummilli liderin
xidmətləri əvəzsizdir. Ulu öndərin rəhbərliyi dövründə dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının
təmin edilməsi yolunda mühüm işlər görülməsi ilə yanaşı, digər istiqamətlərdə də möhtəşəm nailiyyətlər 315
qazanılmışdır. Möhkəm maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik güclü ordunun formalaşması
mahir sərkərdə kimi Heydər Əliyevin dövlətçilik fəaliyyətinin ən parlaq istiqamətlərindəndir.
Ən müxtəlif zümrələri əhatə edən, eyni zamanda siyasi müstəvidə baxışlarına görə həmfikir olan
vətəndaşların vahid ideologiya ətrafında və mükəmməl konsepsiya əsasında təsisatlanaraq birgə fəaliyyətinin
təmin edilməsi ümummilli liderin siyasi qüdrətini özündə ehtiva edən ən mühüm keyfiyyətlərdən biri sayılır. Elə
bu səbəbdən də nəticə etibarilə Heydər Əliyevin dövlət idarəetmə səriştəsini daim yüksək qiymətləndirən
Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının müəyyənləşdirdiyi siyasi xəttin düzgünlüyünə bir daha şahid
oldu. Bu siyasətə fəal dəstəyini sonrakı proseslərdə də əsirgəmədi.
Ulu öndərin "Dünənin, bugünün, gələcəyin partiyası” deyə həm keçmişini, həm bugününü, həm də
gələcəyini müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı xidmətləri bu təşkilatın
cəmiyyətdəki mövqeyini get-gedə daha da möhkəmləndirir, xalqın bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini
gücləndirir.
Heydər Əliyev siyasi xəttinin alternativsizliyinə qəti əmin olan Azərbaycan xalqı 2003 və 2008-ci illərin
prezident seçkilərində də məhz bu partiyanın namizədinə – Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı
cənab İlham Əliyevə etimad göstərdi. Bununla da müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni yüksəliş
mərhələsinin əsası qoyuldu.
Cənab İlham Əliyevin fəaliyyətinin ən mühüm göstəricisi odur ki, o, Heydər Əliyevin əsasını qoyduğu
tərəqqini, əldə edilən nailiyyətləri təkcə qoruyub saxlamadı, həm də onların miqyasını genişləndirdi, inkişaf
dinamikasını qat-qat artırdı. Böyük çətinliklə qazanılan ictimai sabitlik toxunulmaz qaldı, sosial-iqtisadi
yüksəliş, mütərəqqi siyasi dəyişikliklər, hüquqi və demokratik yönümlü islahatlar uğurla davam etdirildi,
demokratik prinsiplər və insan hüquqlarının prioritetliyi təmin olundu, xalqın sabaha inamı, dövlətə və rəhbərə
etimadı daha da artdı. Ölkədə siyasi münasibətlərin sağlamlaşdırılması istiqamətində atılan konkret addımlar öz
bəhrəsini verdi, milli birlik, vətəndaş həmrəyliyi möhkəmləndi, yüzlərlə insan Prezidentin ali mərhəməti
nəticəsində əfv olunub cəmiyyətdə yenidən özünü təsdiq etmək imkanı əldə etdi. Milli-mədəni intibah yeni
yüksəliş dövrünə qədəm qoydu, azərbaycançılıq ideologiyası ətrafında mənəvi səfərbərlik təmin olundu.
Ulu öndər Heydər Əliyevin misilsiz zəhməti və böyük siyasi məharəti sayəsində baş tutmuş və müasir
dünyanın ən möhtəşəm mühəndislik qurğularından sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin
istifadəyə verilməsi cənab İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə ən diqqətçəkən hadisələrdən biridir.
Bu kəmər ölkəmizin iqtisadi inkişafına xidmət etməklə yanaşı, həm də Azərbaycanın geosiyasi maraqlarının
təminatında, milli təhlükəsizliyimizin qorunmasında da mühüm amildir. Son proseslər sübut etdi ki,
Azərbaycanın iştirakı olmadan bölgədə hər hansı beynəlxalq enerji, nəqliyyat layihəsinin və ya hansısa digər
regional iqtisadi-sosial təşəbbüsün həyata keçirilməsi mümkün deyil.
İqtisadi inkişaf dinamikasına görə Azərbaycan dünya dövlətləri arasında öncül mövqeyə çıxıb. Ümumi
daxili məhsulun artımına görə isə dünyada liderliyini qoruyub saxlayır. Digər tərəfdən, regionların, qeyri-neft
sektorunun yüksələn xətlə inkişafı, yeni infrastrukturların yaradılması, sosial-iqtisadi proqramların uğurla
gerçəkləşdirilməsi, beynəlxalq iqtisadi sistemə inteqrasiya ölkəmizin düzgün inkişaf yolunda olduğundan xəbər
verir. Bu gün ümumbəşəri problemə çevrilən qlobal maliyyə böhranından Azərbaycanın faktiki olaraq az zərər
çəkməməsi də cənab İlham Əliyevin dövlət başçısı kimi məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsi kimi qəbul
edilməlidir.
Bu gün Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı cənab İlham Əliyevin həyata keçirdiyi
genişmiqyaslı işlərin siyasi aspektdə tədqiqi aşağıdakı nəticələrə gətirib çıxarır:
- ölkə daxilində düşünülmüş siyasət yürütməklə bütün vətəndaşların, siyasi, ictimai və digər resursların
Azərbaycanın müstəqil dövlətçiliyi və ərazi bütövlüyünün qorunması ətrafında səfərbər edilməsi;
- diplomatik və siyasi imkanlardan istifadə etməklə Azərbaycanın müstəqil dövlətçiliyinə qarşı yönəlmiş
təhlükələrin aradan qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, bölgədə və dünyada müttəfiqlərin
qazanılması;
- beynəlxalq həyatın bir çox probleminin həllinə münasibət bildirmək və özünün iştirak etdiyi regional
münaqişəni dünya siyasəti səviyyəsinə qaldırmaq məqsədilə dünyanın aparıcı dövlətləri ilə, beynəlxalq və
regional təşkilatlarla, xarici ölkələrdə Azərbaycanın qlobal maraqlarını müdafiə edə biləcək institutlarla, diaspor
mərkəzləri və başqa qurumlarla hərtərəfli işin aparılması və s.
Məhz bu istiqamətlər Prezident kimi fəaliyyətə başladığı ilk günlərdən cənab İlham Əliyevin xarici
siyasət kursunun leytmotivini təşkil edir. Bu gün beynəlxalq reallıqları qiymətləndirərkən belə bir amil
unudulmamalıdır ki, dövlətlərarası münasibətlər daim dinamikada və planetin ictimai-siyasi həyatının bütün
sahələri ilə təmasda olan bir prosesdir. Bu müstəvidə dövlət başçısı özünün xarici siyasətində Heydər Əliyevin
Azərbaycanın müstəqilliyi kontekstində işləyib hazırladığı, qlobal əhəmiyyət kəsb edən sülh diplomatiyasına 316
üstünlük verir və düşünülmüş xarici siyasət strategiyasını həyata keçirmək üçün dünyanın ən nüfuzlu beynəlxalq
təşkilatlarının ali kürsülərindən, böyük səkkizliyə daxil olan, habelə dünyanın digər aparıcı dövlətlərinin
diplomatik vasitələrindən səmərəli istifadə edir.
Müstəqil Azərbaycan dövlətçiliyinin yaradılmasının və inkişafının haqlı olaraq Heydər Əliyev epoxası
adlandırıla bilən bu dövrü tarixi sərvət və olduqca qiymətli bir irsdir. Xalqımız bu sərvəti, bu irsi qoruyub
saxlamalı, inkişaf etdirməli və nəsildən nəslə çatdırmalıdır.
Qafil Baxşıyev
Şəmkir Rayon Məhkəməsinin sədri