Lyamblioz

Bagirsaqlarda, bəzən də öd kisəsində parazitlik edən lyambliyalar tərəfindən törədilən xəstəlikdir.Uşaqlarin lyamblioza yoluxmasi çirkli əllər,yaxsi yuyulmamiş meyvə və tərəvəzlər,çirkli su,natəmiz qablarin istifadə edilməsi və s.hallarda baş verir. Lyambliyalar uşaq orqanizimində aylar, hetta illərlə yaşayaraq onlara zərər verməkdə davam edir. LYAMBLİOZ zamanı usaqda necis ifrazında pozğunluq, nəcisdə selik, köpük, iştahın azalması, artmış yanğı hissiyatı, qarında ağrılar olur. Lyamblialar uşaq orqanizmini zəhərləyir ki, bu da onun bədənində səpgilərin əmələ gəlməsinə səbəb olur. Bütün bu əlamətlərin müşahidə edildiyi halda, həkimə müraciət edərək xüsusi müalicə kursu keçmək lazımdır ki bu da uşağın bu xəstəlikdən tam sağalmasına səbəb olur. Lyambliyaya görə ildə iki dəfə müayinədən keçmək məsləhət görülür. Lyambliozun proflaktikası üçün aşağıdakıları bilmək lazımdır. Yalnız qaynanmış, yaxud su kəmərindən axan filtirlənmiş sudan istifadə etmək, uşaqlar üçün təşkil olunmuş qapalı kollektivlərdə ildə iki dəfə işçi heyətinin və uşaqların müayinəsini həyata keçirtmək, Lyambli sistalari aşkar edildikdə ailənin bütün üzvlərini sağlam vəziyyətə gətirmək ciddi gigiyenik vəziyyətə gətirmək lazımdır. Həmidə Ələfsərova  "Yeni Həyat" Tibb Mərkəzinin həkimi Əlaqə nömrəsi: 0124409901,0553082955