Meymunlarla yaşayan 8 yaşlı qız uşağı ilə bağlı ŞOK İDDİA

Keçən həftə yerli mətbuatda Uttar Pradeş ştatında polislərinin tapdığı və Katarniaqhat qoruq ərazisində meymunların bəslədiyi deyilən 8 yaşlı qız uşağının gerçək hekayəsinin daha fərqli ola biləcəyi iddiaları artmaqdadır.

Sabahinfo.az gazetevatan-a istinadən xəbər verir ki, danışmağı belə bacarmayan, iməkləyərək gəzən qız uşağıyla əlaqədar mütəxəssislər qorxunc bir iddia səsləndiriblər -Azyaşlı qız uşağı doğulduğu üçün ailəsi tərəfindən meşəyə atılmış ola bilər. Çünki,Hindistanda ailələr qız övladlarını istəmirlər.

Bəzi mütəxəssislər isə, 8 yaşlı qız uşağınınfiziki və zehni əngəlliolduğu üçün ailəsi tərəfindən atıldığına inanır.