Millimiz Gürcüstanla bacarmadı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışında olan millimiz bu ölkənin müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb.

Rafiq Mirzəyevin yetirmələri bu görüşdə 1:3 hesabı ilə məğlub olub. Yığmamızın qolunu Kamran Quliyev vurub.
 
Qeyd edək ki, avqustun 23-də bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.