Narkotik bitki yetişdirənlər tutuldu - Saatlıdaef

Saatlıda narkotik tərkibli çətənə kolları yetişdirən iki nəfər  saxlanılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumata görə, Saatlı polis şöbəsinin keçirdiyi  əməliyyat-axtarış tədbirləri çərçivəsində qanunsuz əkilən 40-dan çox çətənə kolu aşkar edilərək dövriyyədən çıxarılıb.

 

Saatlı şəhəri, Nəsimi küçəsi 11 ünvanında yaşayan 1976-cı il təvəllüdlü Əmənov Dadaş  Nəhməd oğlunun  evinə  baxış  zamanı yarımçıq tikilidə aqrotexniki qaydada yetişdirilən 21 ədəd  narkotik tərkibli  çətənə kolu aşkarlanıb.

 

Digər  əməliyyat  tədbiri  rayonun Fətəlikənd kəndində keçirilib. Həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Söhbətov  Rizvan Məmmədağa  oğlunun həyətyanı sahəsində  olan istixanada  xususi qaydada  qulluq  edilərək  yetişdirilən  20 ədəd  çətənə  kolu   aşkar  edilib.  Hər iki şəxs polis tərəfindən saxlanılıb.

 

Hazırda hər iki fakt  üzrə  cinayət  işi açılıb,  araşdırma aparılır.