Natavan: "Məni verilişlərə həyat yoldaşımla birlikdə çağırırlar"

Müğənni Natavan Həbibi və reper əri Səid Əliyev (Dado) duet hazırlayır.

Sabahinfo.az axşam.az-a istinadən,sənətçilər bu haqda 106.3 FM-də Kazım Sübhanın qonağı olarkən deyiblər.

Dado bildirib ki, mahnılarıni sözlərini özü yazır:

"Musiqini isə başqa dostlarım bəstələyir. Bütün günü işləyirik. İlk mahnımız "Vətən" adlanacaq. Daha sonra sevgi, ayrılıq və başqa mövzularda mahnılarımız olacaq".

[[MEDIA_0]]

Natavan isə bütün verilişlərin onu efirə əri ilə birlikdə dəvət etmələrindən danışıb:

"Hamıya münasibətimiz maraqlıdır. Bütün verilişlərdən zəng edirlər ki, efirə həyat yoldaşınızla gəlin. İndi işim var də... Bizə qarşı belə diqqət olması xoşdur".