BİZDƏN YUXARIDA
XALİQ gözəl qələm çəkib ,
Qaş var gözdən yuxarıda .
Dünya sözdən yaranıbdır ,
Nə var sözdən yuxarıda ?
Gülün ömrü sona yetib ,
Gül bağında qanqal bitib .
Abır gedib , həya itib ,
Tuman dizdən yuxarıda .
Nadan taxtın qandan qurub ,
Aqillərə yara vurub .
Şər xeyirdən başda durub ,
Əyri düzdən yuxarıda .
Ocaq yanır can isinə ,
Kor olmuşuq tüstüsünə .
Odun qalıb sinə - sinə ,
Çör - çöp közdən yuxarıda .
Kasıb ayaq üstə ölür ,
Hey gözünün yaşın silir .
RƏBB hər şeyi yaxşı bilir ,
Durub bizdən yuxarıda .
AY ÜZÜ DÖNMÜŞ
Sənin sitəmin də xoş gəlir
mənə ,
Bilmirəm nə sirdir , ay üzü dönmüş .
Qədəmin dəyən yer , izin düşən yer
Elə bil ki , pirdir , ay üzü dönmüş .
Qəlbimə vurduğun yara , iz dərin ,
Canıma od salıb acı sözlərin .
Mənə ilham verən qara gözlərin
Qəzəldir , şeirdir , ay üzü dönmüş .
Ayağım yalındır , yollarım
tikan ,
Vəslinə yetməyə qalmayıb güman .
Sənin ilk görüşə gəldiyin məkan
Ən müqəddəs yerdir , ay üzü dönmüş .
İnanıb olmadın könl həmdəmi , Vermisən Nazimə kədəri , qəmi . Mənim adım kimi , ALLAHIM kimi Əhdim sözüm birdir , ay üzü dönmüş .
ZALIM
Sən hardan biləsən
məhəbbət nədir ?
Sən hələ sevgidə naşısan , zalım .
Mən dedim ömürümə yaz gətirərsən ,
Ömrümün payızı , qışısan , zalım .
Səni sevən gündən əriyir bu can ,
Yetiş harayıma , bir halıma yan .
Sən mənim qəlbimdən axan qara qan ,
Sən mənim gözümün yaşısan , zalım .
Bir üzün xeyirdi , bir üzün
şərdi ,
Öldürmə uğrunda can verən mərdi .
Yaralı qəlbimin sağalmaz dərdi ,
Bəlalı başımın daşısan , zalım .
Naziməm , eşqindən gül tək
solmuşam ,
Bu eşqin önündə aciz qalmışam .
Neyləyim , mən sənə əsir olmuşam ?
Bütün gözəllərin başısan , zalım .
ƏDALƏT SAZIYLA BƏHMƏN
SÖZÜYLƏ
Dədəmiz Qorquddan ta üzü bəri ,
Sazla söz yaşadır bizim elləri .
Sehriylə ram edir daş ürəkləri ,
Ədalət sazıyla , Bəhmən sözüylə .
Sənət meydanında mətinləşiblər ,
Şəmşir ocağında sıx birləşiblər ,
Ucala - ucala zirvələşiblər ,
Ədalət sazıyla , Bəhmən sözüylə .
Məcnunun eşqindən ilham götürüb ,
Kərəmin ruhundan xəbər gətirir .
Aşiqdən məşuqa salam yetirir ,
Ədalət sazıyla , Bəhmən sözüylə .
Qoşa ulduz kimi qoşa yanırlar ,
Odlar diyarına işıq salırlar ,
Dədə Ələsgəri xatırladırlar ,
Ədalət sazıyla , Bəhmən sözüylə .
Biri sazda çalır hey şirin - şirin ,
Biri inci düzür mənası dərin ,
Yerin tutubdular Dədə Şəmşirin ,
Ədalət sazıyla , Bəhmən sözüylə .
Bəhmən hər söz üçün məşəl tək yanıb ,
Tanrının hökmüylə şair yaranıb .
Sənət meydanında məğrur dayanıb ,
Ədalət sazıyla , Bəhmən sözüylə .
Ədalət çaldıqca ruhum oynayır ,
Könlüm dilə gəlir , qanım qaynayır .
Yurdu vəsf etməkdən heç vaxt doymayır ,
Ədalət sazıyla , Bəhmən sözüylə .
Nazim , hər ikisi şöhrət qazanıb , Müqəddəslik adlı sərvət qazanıb . Ariflər yanında hörmət qazanıb , Ədalət sazıyla , Bəhmən sözüylə .
A CEYRAN
Bir dəfə əlindən tutmaq
istədim ,
Uşaq tək inciyib küsdün , a Ceyran .
Səni qucaqlayıb öpmək istədim ,
Nanə yarpağı tək əsdin , a Ceyran .
Nə bir yol üzümə baxıb gülmədin ,
Nə bir yol gözümün yaşın silmədin ,
Son dəfə görüşə niyə gəlmədin ?
Yoxsa əlaqəni kəsdin , a Ceyran ?
Sənə könül verib "
sevirəm " dedim ,
Götürüm başımı mən hara gedim ?
Naziməm , dərdimi kimə ərz edim ?
De bir nədir mənə qəsdin , a Ceyran ?
SEVƏNLƏR BİLƏR
" Məhəbbət " adlanan
nemətin dadın
Sevməyənlər bilməz , sevənlər bilər .
Sevən ürəklərin ahın , fəryadın ,
Sevməyənlər bilməz , Sevənlər bilər .
Dünyanın bəxtəbəxt nərd olduğunu ,
Qəlbən sevənlərin mərd olduğunu ,
Sevginin şirin bir dərd olduğunu ,
Sevməyənlər bilməz , sevənlər bilər .
Cavanlar , sözümə siz qulaq
asın ,
Dinləyin bu yurdun şair balasın .
Məhəbbətlə keçən ömrün mənasın ,
Sevməyənlər bilməz , sevənlər bilər .
Aşiqin əzablı yollar keçdiyin
,
Eşqin zəli kimi al qan içdiyin ,
Biçarə Nazimin nələr çəkdiyin ,
Sevməyənlər bilməz , sevənlər bilər .