BAKI / İSTANBUL – Son illər Türkiyədə yaşayan azərbaycanlı gənclər arasında teatr, kino və mədəniyyət sahəsində fəaliyyəti ilə seçilən simalardan biri də aktyor və mədəniyyət təşkilatçısı **Bəhram Afsal (Bəhrəm Əfsəlov)**dur. Səhnədə canlandırdığı yaddaqalan obrazlar, kino layihələrindəki çıxışları və Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü işlərlə o, həm Türkiyədə, həm də Azərbaycan ictimaiyyətində tanınan gənc sənətçilərdən birinə çevrilməkdədir.
Uzun illərdir İstanbulda yaşayan Bəhram Afsal fəaliyyətini yalnız aktyorluqla məhdudlaşdırmayıb. O, Azərbaycan mədəniyyətinin Türkiyədə tanıdılması, iki qardaş ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və gənclərin milli-mənəvi dəyərlərə bağlı yetişməsi istiqamətində müxtəlif layihələrin həyata keçirilməsində fəal iştirak edir.
Son olaraq Türkiyədə istehsal olunan "Zıbar" adlı absurd komediya janrında ekran işində baş rolu canlandıran aktyor, layihə ilə bağlı Türkiyə mediasına geniş müsahibə verərək yaradıcılıq yolu və gələcək planlarından bəhs edib. Müsahibə izləyicilər tərəfindən maraqla qarşılanıb və onun aktyorluq fəaliyyətinə diqqəti artırıb.
Bəhram Afsal hazırda İstanbulda fəaliyyət göstərən Harı Bülbül Azərbaycan Mədəniyyət Dərnəyinin sədr müavini və mədəni fəaliyyətlər üzrə məsul şəxs kimi çalışır.
Bununla yanaşı, Cəfər Cabbarlı adına Türkiyə Azərbaycan Teatrında rəhbər müavini, aktyor, səhnə amiri kimi fəaliyyət göstərir. O, teatrın yaradıcılıq və təşkilati işlərinin həyata keçirilməsində, yeni tamaşaların hazırlanmasında və gənc aktyorların fəaliyyətinin koordinasiyasında yaxından iştirak edir.
Sənət fəaliyyəti ərzində Bəhram Afsal Azərbaycan klassik və müasir dramaturgiyasının müxtəlif nümunələrində maraqlı obrazlar yaradıb. O, Dövlət dəstəyi ilə Məhəmməd Füzulinin 800 illiyinə həsr olunmuş sənədli filmində yaradıcı heyyətin üzvü və teatr tamaşası "Leyli və Məcnun" əsərində Məcnun rolunu canlandırıb.
Dövlət dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş sənədli filmində yaradıcı heyyətin üzvü və "İstiqlal Yolçusu" teatr tamaşasında beş fərqli obrazı (Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, Sarabski, Pepinov, Erməni zabit, Rus əsgər) ifa edib.
Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan sənədli filmdə yaradıcı heyyətin üzvü, "Yağışdan Sonra" teatr tamaşasında Emin obrazını yaradıb.
Xocalı faciəsinə həsr olunan "Adsız Qadın" tamaşasında isə əsgər rolunda çıxış edib.
Başrolünda oynadığı "Çocuk Kulubu Show" teatr tamaşasında Yönetmen Yusuf obrazı ilə uşaqların və böyüklərin rəğbətini və sevgisini qazanan Bəhram Afsal 4. Çam Ödülləri'ndə Ən yaxşı Uşaq Kulubu mükafatına layiq görülmüşdür.
Bundan başqa, müxtəlif tamaşalarda aktyor və səhnə amiri kimi mühüm vəzifələr daşıyıb.
Teatrla yanaşı, qısametrajlı və festival filmlərində də rol alan Bəhram Afsal müxtəlif janrlarda çəkilən ekran işlərində iştirak edib və aktyorluq potensialını kino sahəsində də nümayiş etdirib.
Mədəniyyət təşkilatçısı kimi də tanınan Bəhram Afsal İstanbulda keçirilən Azərbaycan mədəniyyət günləri, teatr festivalları, sərgilər, Azərbaycan xalçalarının və kəlağayılarının tanıdılması, konsert proqramları, anım tədbirləri və digər layihələrin təşkilində və koordinasiyasında mühüm rol oynayıb. Onun təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr Azərbaycan mədəniyyətinin Türkiyədə daha geniş auditoriyaya çatdırılmasına xidmət edib.
Bəhram Afsal deyir:
Dərnək fəaliyyətimə mətbuat katibi kimi başlamışam. Dərnək fəaliyətinin tanıtımı və maraqlarının qorunması məqsədi ilə Türkiyədə Azərbaycan medyası və Türkiyə medyası ilə sıx əlaqələr yaradaraq məlumat göndərmişəm. Dərnəyin bir qolu olan teatrda dövlət dəstəkli layihələrdə yaxından iştirak etmişəm.
İlk qoşulduğum tədbir, prezidentimizin seçim öncəsi təbliğat təşviqat məqsədi ilə təşkil olunan konsert sərgi içerikli tədbir olmuşdur.
Sərgilərin təşkilatında koordinatör, Xocalı Soyqırımı’nın ildönümünə həsr olunmuş teatr tamaşasında rol almışam.
Dövlət dəstəyi ilə Məhəmməd Füzuli’nin 800 illiyinə həsr olunmuş sənədli filmində yaradıcı heyyətin üzvü və teatr tamaşasında Məcnun obrazını canlandırmışam.
Dövlət dəstəyi ilə Məhəmməd Əmin Rəsulzadə’nin 140 illiyinə həsr olunmuş sənədli filmində yaradıcı heyyətin üzvü və teatr tamaşasında 5 fərqli obrazı ( Məhəmməd Əmin Rəsulzadə’nin əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, Sarabski, Pepinov, Erməni zabit, Rus Əsgər) canlandırmışam.
Üsküdar Bələdiyəsinə bağlı Validə Sultan gəmisində “Zəngəzur İşçiliyi” adlı sərgi və konsert proqramının koordinatörü olmuşam.
Ümraniyə Bələdiyəsi Başkanlığında “Biz Birlikdə Güçlüyüz” layihəsinin koordinatörü və aparıcısı olmuşam.
Əlamətdar günlərin təşkilində xüsusi rol oynamışam.
Azərbaycan xalçalarının və kəlağayılarının tanıtımında koordinatörlük etmişəm.
Mədəniyət Üniversiteti ilə işbirliyinin qurulması istiqamətində işlər aparıram.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və bizə zəfər yaşadan prezidentimizin, doğum gününə həsr olunmuş programda koordinatörlük etmişəm.
Mimar Sinan Üniversiteti’ndə Azərbaycan Kitabxanasının yaradılması istiqamətində fəaliyyətə başlamışam.
Bunlarla bərabər Azərbaycan mədəniyyətinin təbliğatı istiqamətində Türkiyədə yaşayan Azərbaycan və Türkiyə gənclərinə və eyni zamanda xarici tələbələrə aşılanması üçün vasitələr üzərində işlər aparıram.
O, Əlavə edib: "Harada yaşamağımdan asılı olmayaraq, hər zaman Azərbaycanı təmsil etdiyimi hiss edirəm. Mənim üçün sənət sadəcə peşə deyil, həm də milli kimliyimizi, tariximizi və mədəniyyətimizi dünyaya tanıtmaq missiyasıdır. İnanıram ki, mədəniyyət xalqları bir-birinə yaxınlaşdıran ən güclü körpüdür və mən də bu körpünün bir hissəsi olmaqdan qürur duyuram."
Hazırda yeni teatr tamaşaları, kino layihələri və beynəlxalq mədəniyyət proqramları üzərində çalışan Bəhram Afsal qarşıdakı dövrdə fəaliyyətini daha da genişləndirməyi, Azərbaycanı beynəlxalq sənət platformalarında uğurla təmsil etməyi hədəfləyir.
Sənətə olan sevgisi, təşkilatçılıq bacarığı və Azərbaycan mədəniyyətinə sadiqliyi ilə seçilən Bəhram Afsal gənc nəslin fəal nümayəndələrindən biri kimi fəaliyyətini uğurla davam etdirir. Onun məqsədi Azərbaycan mədəniyyətinin və teatr sənətinin beynəlxalq aləmdə daha geniş tanınmasına öz töhfəsini verməkdir.