Mayın 27-də "Silkway Helicopters Services aviaşirkəti"nin "Мi-8" helikopteri Xəzər Dənizində Çilov adasına məcburi eniş edib.
Bu barədəAZAL-ın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub, müvəffəqiyyətli eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Həmçinin hava gəmisi zərər görməyib.
"Neft Daşları" yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub.
Sərnişinlər təyinat məntəqəsinə "Silkway Helicopters"in digər helikopterləri ilə çatdırılacaq.
Hazırda hadisənin araşdırılması ilə bağlı xüsusi komissiya yaradılıb.
azvision.az