Azərbaycanda tibb elminin inkişafında xidmətlərinə və tibb kadrlarının yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədilə Əvəz qızı Namazova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Sabahinfo.az-ın president.az-a istinadən məlumatına görə, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Prezidentin daha bir sərəncamı ilə isə Qalina Mikeladze təltif edilib. Ölkə başçısının imzaladığı sərəncamla Azərbaycan Respublikasında jurnalistika və publisistika sahələrinin inkişafında xidmətlərinə görə Qalina Ələkpərovna Mikeladze "Şöhrət" ordeni ilə təltif edilib.