Prezident hakimin iş yerini dəyişdi

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər Hərbi Məhkəməsinin hakiminin iş yerinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

sabahinfo.az xəbər verir ki, sərəncamda deyilir:

"Elbəy Hidayət oğlu Allahverdiyev Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilsin”.