Bu gün Bakıda Formula-1 Avropa Qran Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
sabahinfo.az bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev Formula-1 Avropa Qran Prisinin qalibi olan "Mersedes" komandasının pilotu Niko Rosberqə Kuboku təqdim edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Mersedes AMG F1" komandasının texniki direktoruna Konstruktorlar Kubokunu təqdim edib.
Finişi ikinci keçən Sebastyan Fettelə ("Ferrari") mükafatı Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, üçüncü yeri tutmuş Serxio Peresə ("Force India") mükafatı isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim edib.


