"Azərbaycan, Rusiya və Türkiyə münasibətlərində yeni inkişaf mərhələsi Azərbaycan üçün də çox faydalıdır. Çün ki, Azərbaycan müəyyən qlobal, regional proseslərdə aparıcı rola malik olmaq istəyir”.
Bunu Talk tv-yə açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib. O bildirib ki, Azərbaycan müəyyən mənada öz istəyinə nail olsa da, məsələnin narahatedici tərəfləri də var:
"Putin də öz çıxışında qeyd etdi ki, Azərbaycan Prezidenti bizi bir
araya gətirdi və buna görə də ona minnətdar olmalıyıq. Azərbaycan prezidentinin
də istəyi bəlkə bu idi, yəni müəyyən qlobal proseslərdə artıq aparıcı bir
oyunçuya çevrilmək. Digər məsələlərdən biri də 26 fevralda keçiriləcək
Referendumdur. Konstitusiyaya ediləcək dəyişikliyə təbii ki, beynəlxalq təşkilatların,
qurumların, o cümlədən bir çox Avropa birliyi dövlətlərin, ABŞ-ın bu və ya digər
şəkildə tənqidi mövqeləri ola bilər. Və buna görə də Azərbaycan bu məqamda
region dövlətlər ilə münasibətlərini daha sıx bir şəkildə inkişaf etdirmək istəyir.
Və bununla beynəlxalq aləmə, güclərə müəyyən mesaj da vermək niyyətindədir. Azərbaycan
İran, Azərbaycan Rusiya yaxınlaşması və bunun daha da irəliyə getməsi
təbii ki, ABŞ-ı da, Avropa Birliyi dövlətlərini də narahat etməyə bilməz. Onlar
Rusiyaya sanksiya tətbiq ediblər, Rusiyanı qeyri demokratik ölkə hesab edirlər
və onlar da Rusiyaya qarşı eyni münasibəti bəsləyən ölkələri sevirlər, o dövlətlərlə
münasibətləri daha yaxşı olur və təbii ki. Azərbaycan da bu addımı seçməklə həmin
təşkilatları, ölkələri bu və ya digər şəkildə Azərbaycanla bağlı daha ehtiyyatlı
olmağa sövq etmək niyyətindədirlər. Təbii ki, bu narahat edici məqamdır. Lakin
artıq regionda baş verən hadisələr onu göstərdi ki, qonşu ölkələrdən gələn təhlükələr
daha böyük ola bilər və bu baxımdan hesab edirəm ki, Azərbaycan da balanslı
siyasətini yeni bir formatda davam etdirməyə üstünlük verdi. Bütün bunlar dövlətin
geopolitik maraqlı ilə yanaşı, həm də iqtidarın hakimiyyətdə qalmasına da xidmət
etmiş olur”.
[[MEDIA_0]]