İngiltərənin “Çelsi” komandasının sabiq futbolçusu, hazırda Braziliya təmsilçisi “San Paulu”da çıxış edən Oskar xəstəxanadan evə buraxılıb.
Sabahinfo.az Braziliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi müayinə edilib və onun qısa müddətlik huşunu itirdiyi müəyyən olunub.
Futbolçunun vəziyyətinin hazırda stabil olduğu bildirilib.
Xatırladaq ki, Oskar noyabrın 12-də tibbi müayinədən sonra ürəyində aşkarlanan problem səbəbilə xəstəxanaya yerləşdirilmişdi.